Məmmədov Azər Mustafa
Baş gizir
🇦🇿 Azərbaycan Şəhidi

Məmmədov Azər Mustafa

Ata adı: Mustafa

🐣
Doğum — Qazax Kəmərli kəndi
🕊️
Şəhadət — Zəngilan
📍
Dəfn Olunduğu Yer Qazax Kəmərli kənd qəbiristanlığı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə Baş gizir
Qoşun Növü Dövlət Sərhəd Xidməti
Xidmət Növü Həqiqi hərbi xidmət
Döyüşlərdə İştirak:
⚔️ Zəngilan

Təltif Edildiyi Orden və Medallar

"Zəngilanın azad olunmasına görə" medalı

"Zəngilanın azad olunmasına görə" medalı

Zəngilanın azad olunmasına görə
Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
"Azərbaycan Bayrağı" ordeni

"Azərbaycan Bayrağı" ordeni

"Azərbaycan Bayrağı" ordeni

Həyat Yolu və Şəhadət Tarixçəsi

Azər Məmmədov 4 mart 1993-cü ildə Qazax rayonunun Kəmərli kəndində anadan olmuşdur. 1999-2010-cu illərdə Akif Bəbirov adına Qazax rayon Xanbağı kənd tam orta məktəbində orta təhsil almışdır. Ailəli idi, şəhid olmasından 44 gün əvvəl ailə həyatı qurmuşdu.
Azər Məmmədov 2011-ci ilin aprel ayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax rayon üzrə Hərbi Şöbəsi tərəfindən hərbi xidmətə çağırılmışdır. Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının sıralarında, Lənkəran rayonunda yerləşən "N" saylı hərbi hissədə müddətli həqiqi hərbi xidmət etmişdir. 2012-ci ilin oktyabr ayında hərbi xidmətini başa vuraraq mülki fəaliyyətinə davam etmişdir. 2019-cu ilin oktyabr ayından Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının Xaçmaz rayonunda yerləşən "N" saylı hərbi hissəsinin snayper bölməsinin qruplarından birində müddətdən artıq həqiqi hərbi xidmət etmişdir.

Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının hərbçisi olan Azər Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində snayper olaraq kiçik gizir rütbəsində iştirak etmişdir. Zəngilanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur.

Azərbaycanın Zəngilan rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Azər Məmmədov "Zəngilanın azad olunmasına görə" medalı ilə təltif edildi.

Müharibə bitdikdən sonra Azər Məmmədov əvvəlcə gizir, sonra isə baş gizir rütbələrinə layiq görülmüşdü. Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının Çevik Hərəkat Dəstəsinin "N" saylı hərbi hissəsində xidmətini davam etdirirdi.

2022-ci il sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilmişdir. Təxribat nəticəsində Azərbaycan-Ermənistan sərhədində sərhəd toqquşması baş vermişdir. Döyüşlərdə Sərhəd Qoşunlarının hərbçisi kimi iştirak edən Azər Məmmədov Zəngilan rayonu istiqamətində döyüş tapşırığını yerinə yetirərkən şəhid olmuşdur. 14 sentyabr tarixində nəşi doğulduğu Qazax rayonunun Kəmərli kəndində dəfn edilmişdir. Vida mərasimində şəhidin yaxınları ilə yanaşı ictimaiyyət nümayəndələri, Qazax sakinləri və hüquq-mühafizə orqanlarının əməkdaşları iştirak etmişdir.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş Azər Məmmədov Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2022-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilmişdir.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş Azər Məmmədov “Vətən uğrunda” medalı ilə tətif edilib. 

Xatirələrdə Yaşayan Şəhid:

Çox mehriban, ağıllı, qayğıkeş bir oğul idi.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb A.Bəbirov adına Xanbağı kənd orta məktəbi.
İş Yeri Dövlət Sərhəd Xidməti
Ailə Vəziyyəti Evli
Ailə Üzvləri

Ata: Neymətov Mustafa Vəli oğlu Ana: Məmmədova Rahilə Məmməd qızı Qardaş: Məmmədov Aqşin Mustafa oğlu Qardaş: Məmmədov Asəf Mustafa oğlu Həyat yoldaşı: Məmmədova Aytən Sadıq qızı Oğlu : Məmmədov Azay Azər oğlu

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər