Məmmədov Bəhruz Tahir
Əsgər
🇦🇿 Azərbaycan Şəhidi

Məmmədov Bəhruz Tahir

Ata adı: Tahir

🐣
Doğum — Yevlax Xaldan kəndi
🕊️
Şəhadət — Şuşa
📍
Dəfn Olunduğu Yer Yevlax Xaldan kənd qəbiristanlığı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə Əsgər
Qoşun Növü Quru Qoşunları
Xidmət Növü Səfərbərlik
Döyüşlərdə İştirak:
⚔️ Füzuli ⚔️ Şuşa

Təltif Edildiyi Orden və Medallar

Füzulinin azad olunmasına görə medalı

Füzulinin azad olunmasına görə medalı

Füzulinin azad olunmasına görə
Qubadlının azad olunmasına görə medalı

Qubadlının azad olunmasına görə medalı

Qubadlının azad olunmasına görə
Şuşanın azad olunmasına görə medalı

Şuşanın azad olunmasına görə medalı

Şuşanın azad olunmasına görə
Cəsur döyüşçü medalı

Cəsur döyüşçü medalı

Cəsur döyüşçü
Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
III dərəcəli "Vətənə xidmətə görə" ordeni

III dərəcəli "Vətənə xidmətə görə" ordeni

"Vətənə xidmətə görə" ordeni

Həyat Yolu və Şəhadət Tarixçəsi

Məmmədov Bəhruz Tahir oğlu 1991-ci il sentyabrın 7-də Yevlax rayonunun Xaldan kəndində anadan olub. Orta təhsilini Xaldan kənd kompleks tam orta məktəbində alan Bəhruz, yüksək nəticələr göstərdiyinə görə imtahan verərək 2-ci sinifdən birbaşa 4-cü sinfə keçib. Respublika üzrə gənc rəssamların müsabiqəsində 1-ci yerə layiq görülüb, fənn üzrə olimpiadalarda iştirak edib. Məktəb yaşlarında şeir yazmağa həvəsi olan Bəhruz təhsilindəki müvəffəqiyyətlərinə və ictimai fəaliyyətinə görə Şöyübov Zahid adına təqaüdə layiq görülüb. B.Məmmədov haqqında  “Kür” qəzetində məqalə də dərc olunub.

2009-cu ildə Xaldan kənd kompleks tam orta məktəbini əla qiymətlərlə bitirdikdən sonra,  571 bal toplayaraq, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Əmtəəşünaslıq fakültəsinin “İstehlak mallarının ekspertizası və marketinqi” ixtisasına qəbul olub. 2013-cü ildə bakalavriat təhsilini bitirdikdən sonra təhsilini magistraturada davam etdirib. Bir neçə xarici dil və kompüter proqramlarını bilən Bəhruz, həm də bacarıqlı rəssam idi.

Əmək fəaliyyəti ingilis dili kursları ilə bağlıdır. İngilis, alman, rus və polyak dillərində danışırdı. Poliqlot olmaqla yanaşı, informasiya texnologiyaları sahəsini də mükəmməl bilirdi.

2013-2014-cü illər ərzində həqiqi hərbi xidmətdə olarkən hərbi hissənin komandiri tərəfindən “Təşəkkür” məktubu ilə təltif edilib.

Bəhruz Məmmədov 2020-ci ilin sentyabrın 28-də Yevlax rayon hərbi komissarlıqdan qismən səfərbərliklə çağırılıb, 5 oktyabrda isə döyüş bölgəsinə yollanıb. Füzuli, Xocavənd, Hadrut və Qubadlıda gedən döyüşlərdə iştirak edib. 5 noyabr 2020-ci ildə Şuşa uğrunda gedən döyüşlər zamanı Daşaltı kəndində şəhid olub. Bəhruz Məmmədov Yevlax rayonunun Xaldan kəndində dəfn olunub.

“Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə ölümündən sonra təltif edilib.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş  Bəhruz Məmmədov  “Qubadlının azad olunmasına görə” medalı ilə tətif edilib. 

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu,  Bəhruz Məmmədov   Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə”  ordeni ilə təltif edilib.

Xatirələrdə Yaşayan Şəhid:

Mərd, cəsur, vətənpərvər insan idi.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Xaldan kənd kompleks tam orta məktəbi
Ali Təhsil Azərbaycan İqtisad Universiteti
Ailə Vəziyyəti Subay
Ailə Üzvləri

Bibi: Rəhilə Məmmədova

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər