Tapa bilmədim
3-cü
Ailə məsələləri
Nəcis ayaqlamişam
Əxlaq
Əxlaq
Ata adı: Bayramşah
Bəxtiyar Məmmədov 1996-cı il avqustun 16-da Qobustan rayonunun Nabur kəndində anadan olub.
Azərbaycan Ordusunun çavuşu olan Bəxtiyar Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Bəxtiyar Məmmədov oktyabrın 30-da Füzuli döyüşləri zamanı şəhid olub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Bəxtiyar Məmmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Bəxtiyar Məmmədov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Bəxtiyar Məmmədov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Bəxtiyar Məmmədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Bəxtiyar qayğıkeş, sözəbaxan, evcanlı və vətənpərvər olub. Uşaq vaxtında onun hərbiyə olan marağı, onun hərbi yolunda keçdiyi yolu, eləcə də canını fəda etməsi vətənə olan sevgisi olub. Ailənin üç oğlu vətən müharibəsində fəal iştirak etdiyinə görə onları üç qartal adlandırmışlar. Ailəsi övladlarının belə cəsur olduqlarına görə onlarla fəxr edirlər.
Ata: Məmmədov Bayramşah Şahlar oğlu Ana: Məmmədova Səbirə Mircəfər qızı Qardaş: Məmmədov Süleyman Bayramşah oğlu Qardaş: Məmmədov Xəyal Bayramşah oğlu