Tapa bilmədim
3-cü
Ailə məsələləri
Nəcis ayaqlamişam
Əxlaq
Əxlaq
Ata adı: İlham
Çingiz Məmmədov 1992-ci il iyulun 9-da Şəmkir rayonunun Yeniabad kəndində anadan olub. Onun qardaşı — Cavid Məmmədov də Vətən müharibəsində şəhid olub.
Azərbaycan Ordusunun giziri olan Çingiz Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Çingiz Məmmədov oktyabrın 1-də Suqovuşan döyüşləri zamanı şəhid olub. Uzun müddət nəşi tapıla bilməyib. 18.12.2020-ci il tarixində dəfn lunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Çingiz Məmmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Çingiz Məmmədov ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi.
Gülərüz, yardımsevər, dostcanlı, ailəcanlı, sadə, səmimi, mehriban, qohumcanlı, vətənpərvər, igid, qorxmaz, biri olub. Şəhid Çingiz Məmmədov öz döyüş yoldaşına döyüş zamanı bildirmişdir ki, mən şəhid olacam, Xanəndə Elnarə Abdullayeva mənim məzarəmən üzərində “Ana Muğamı” oxusun. Şəhidimizin bu arzusu həyata keçirilib.
Ata: Məmmədov İlham Məmməd oğlu Ana: Məmmədova Faya Səfər qızı Qardaş: Məmmədov Cavid İlham oğlu (Vətən Müharibəsi şəhidi) Həyat yoldaşı: Məmmədova Kifayət Azər qızı Oğlu: Məmmədov Elgiz Çingiz oğlu Oğlu: Məmmədov Uğur Çingiz oğlu