Məmmədov Əli Əvəz
MAHHXHQ kiçik çavuş
🇦🇿 Azərbaycan Şəhidi

Məmmədov Əli Əvəz

Ata adı: Əvəz

🐣
Doğum — Kürdəmir Atakişili kəndi
🕊️
Şəhadət — Kəlbəcər
📍
Dəfn Olunduğu Yer Kürdəmir Atakişili kənd qəbiristanlığı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə MAHHXHQ kiçik çavuş
Qoşun Növü Quru Qoşunları
Xidmət Növü Həqiqi hərbi xidmət
Döyüşlərdə İştirak:
⚔️ Tərtər ⚔️ Ağdərə ⚔️ Füzuli ⚔️ Kəlbəcər

Təltif Edildiyi Orden və Medallar

Suqovuşanın azad olunmasına görə medalı

Suqovuşanın azad olunmasına görə medalı

Suqovuşanın azad olunmasına görə
Cəsur döyüşçü medalı

Cəsur döyüşçü medalı

Cəsur döyüşçü
Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
III dərəcəli "Vətənə xidmətə görə" ordeni

III dərəcəli "Vətənə xidmətə görə" ordeni

"Vətənə xidmətə görə" ordeni

Həyat Yolu və Şəhadət Tarixçəsi

Əli Əvəz oğlu Məmmədov 1998-cı il sentyabrın 1-də Kürdəmirin Atakişili kəndində anadan olub. Hələ uşaq ikən onun hərbiyə böyük marağı var idi və ən böyük arzusu hərbçi olub Vətənin müdafiəsində xidmət etmək idi. Əli orta məktəbi 9-cu sinfə qədər oxuduqdan sonra sənədlərini hərbi məktəbə versə də, həmin məktəbə qəbul ola bilməyib və bundan sonra sənədlərini Bakı Neft Energetika Kollecinə verir və qəbul olur.

Əli 3 il 6 ay həmin kollecdə oxuduqdan sonra dostlarının hərbi xidmətə getdiyini görüb dayana bilmir və kollecdə oxumağı yarımçıq qoyaraq könüllü hərbi xidmətə yollanır. İlk hərbi xidmətini 1 il 6 ay sərhəd qoşunlarında keçdikdən sonra evə qayıdır. Valideynləri ona kollecdə təhsilini davam etdirməsini desələr də, Əli qətiyyətlə hərbçi olacağını bildirir. Bundan sonra Əli Mingəçevir şəhərində 3 ay kurs keçdikdən sonra müddətdən artıq hərbçi kimi xidmətə başlayır.

Əli iyul ayında Tovuz istiqamətində gedən döyüşlərdə də iştirak edərək xüsusi fədakarlıq göstərmişdir.

Sentyabrın 27-si müharibə başlayanda Əli də bütün igid Vətən oğullarımız kimi döyüşə atılır. Kiçik çavuş Əli Məmmədov cəsur kəşfiyyatçı kimi cəbhənin bir çox istiqamətlərində düşmənə sarsıdıcı zərbələr endirir və qəhrəmanlıq göstərib.

Əli Məmmədov Suqovuşanın, Talışın azad olunmasında iştirak edib, Tərtər-Ağdərə, Kəlbəcər, Füzuli istqamətlərində-müxtəlif nöqtələrdə döyüşlərdə iştirak edib, qəhrəmanlıqlar göstərib.

Evin tək oğlu və 4 bacının yeganə qardaşı olan Əli Məmmədov 2020-ci ilin noyabrın 4-də Kəlbəcər istiqamətində döyüşlərdə qəhrəmancasına Şəhidlik Məqamına ucalıb.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Əli Məmmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Əli Məmmədov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" ilə təltif edildi.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Əli Məmmədov ölümündən sonra " Cəsur döyüşçü " medalları ilə təltif edildi.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin  Sərəncamına əsasən Əli Məmmədov ölümündən sonra III dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi.

Xatirələrdə Yaşayan Şəhid:

Anası, Məmmədov İnna: Əli evin tək oğulu olsa da onu ərköyün böyütməmişik. Bizi incidən, narahat uşaq olmayıb. Ağıllı, özünə soz dedizdirən uşaq olmayıb Əli. 4 bacıdan sonra doğulmuşdu. Bacıları çox sevirdi onu, o da bacılarını. Hər sözünü, söhbətini onlarla bölüşərdi. Müharibə başlayanda da zəng edərdi tez-tez. Zəng edəndə də bir kəlmə deyərdi ki, yaxşıyam, keyfim kökdür. Noyabrın 2-də səhər bizimlə danışdı. Ondan sonra danışmadıq. İki gecə yata bilmədim, narahat oldum. Noyabrın 4-də evdə qonaq da vardı, özümə yer tapa bilmirdim. Qızım Nərmin xəstəxanada işləyir. O gətirdi Əlinin şəhid olması xəbərini. Çölə çıxdım, həyət dolu adam idi. Qohum-qonşu yığılmışdı. Qışqırdım, bağırdım...sonra baş verənlər elə hisslərdi ki, sözlə ifadə etməyə gücüm çatmır.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Köhnəbazar kənd tam orta məktəbi
Ailə Vəziyyəti Subay
Ailə Üzvləri

Ata: Məmmədov Əvəz Şərəfəddin oğlu Ana: Məmmədov İnna Arif qızı Bacı: Məmmədova Günay Əvəz qızı Bacı: Məmmədova Ayşən Əvəz qızı Bacı: Məmmədova Leyla Əvəz qızı Bacı: Məmmədova Nərminə Əvəz qızı

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər