Ailə məsələləri
Nəcis ayaqlamişam
Əxlaq
Əxlaq
📜 Günün Müqəddəs Ayəsi (Furqan surəsi, 74-cü ayə)
📜 Günün Müqəddəs Ayəsi (. Bəqərə surəsi, 286-cı ayə)
Ata adı: Elşad
Məmmədov Əlihüseyn Elşad oğlu 1998-ci ildə Bakıda anadan olub. O, bir müddət Şəkidə babasıgildə yaşayıb. 2005-ci ildə Şəki şəhərinidə 18 nömrəli məktəbdə ilk təhsilə başlayan Əlihüseyn sonralar Bakıya valideynlərinin yanına köçür, ibtidai təhsilini Xarici dillər təmayüllü gimnaziyada tamamlayır. Müəyyən səbəblərdən ailəsi Əlihüseynin təhsilini rayonda davam etdirməsinə qərar verir. Beləliklə, tam orta təhsilini əvvəl oxuduğu Şəki şəhərinin 18 nömrəli tam orta məktəbdə bitirir. Məktəb illəri çox sakit keçib, fərqli davranışı, mədəni rəftarı, sakit təbiəti ilə həmişə seçilib və sevilib.
Ali təhsil üçün texniki fənləri seçən Əlihüseyn tam orta təhsilini yaxşı qiymətlərlə başa vurur. Attestat qiymətləri arasında əla qiymətlərini tarix fənnindən alması o zaman üçün təsadüfü görünsə də, indi özünün təsdiqini tapıb. 2016-cı ildə ADNSU-nun İstilik energetikası mühəndisliyi fakültəsinə daxil olub və 2020-ci ildə oranı bitirib. Əlihüseynin ailəsi maddi baxımdan yaxşı təminatlı olsa da, o, heç vaxt valideynlərinə cibxərcliyi üçün müraciət etməzdi. Atası hər gün ona pul verir və hər dəfə də “pulum var” deyirdi. Xərcliklərini yığıb qənaətlə xərcləyən Əlihüseyn geyimlərini də çox zaman o pulla alırdı.
“Öz ayaqlarımın üstündə durmaq istəyirəm” arzusu Əlihüseyni tələbəlik illərində kiçik xidmətlərdə də olsa işləməyə gətirib çıxarır. O, ilk iş həyatına “Araz” supermarketlər şəbəkəsində əvvəl satıcı, sonra kassir kimi başlayır.
Daxilində olan böyük məsuliyyət hissi onu iş həyatında qüsursuz edir. Rəhbər heyətlə, iş yoldaşları, müştərilərlə qurduğu düzgün münasibətdə son dərəcə səmimi və mədəni idi. Bu xüsusiyyətləri ilə rəhbər heyətin etibarını və hörmətini qazanan Əlihüseyn hər zaman onların diqqət mərkəzində olurdu. İmtahanlar zamanı işinə ara vermək məcburiyyətində qaldığını vurğulasa da, bir işçi olaraq onu itirməmək üçün ona münasib iş qrafiki qurulurdu. Onun yorulduğunu görən valideynləri dəfələrlə işdən azad olunmasını istəsə də o, buna razı olmadı.
2020-ci ilin yay aylarında Əlihüseyn hərbi xidmətə yollanır. Evdə hamıya tapşırır ki, əziyyət çəkib yanına gəlməsinlər.
Onun xidmət etdiyi hərbi hissə uzaq rayonda yerləşdiyi üçün valideynlərinə əziyyət vermək istəmirdi. Əlihüseyn nənə-babasının yanında böyüdüyü üçün onlara çox bağlı idi. Nənəsi ondan ötrü yaman darıxırdı. Bu həsrəti görən valideynləri qərara alır ki, nənəni də götürüb əsgər balalarını görməyə getsinlər. Həmin ərəfədə respublikada pandemiya şəraiti olduğu üçün rahat hərəkət etmək olmurdu. Uzaq olan yol müxtəlif səbəblərdən həmin gün daha da uzanır. Müxtəlif maneələrdən keçib, nəhayət, həmin hissəyə gələn valideynlər Əlihüseyni bir qədər gözləyirlər. Sevinc dolu görüş baş tutur. Uzaq yolu əziyyətlə gəlməklərinə narazılıq edən Əlihüseyn ürəyinin dərinliyində, bəlkə də, bu görüşə çox sevinirdi. Axı bu görüş onun doğmaları ilə son görüşü idi..
Sentyabrın 27-si 2020-ci il. Vətən müharibəsi. Qarabağ uğrunda əks həmlə əməliyyatı ilə başlanan müharibə. Əlihüseynin valideynlərinin başlanan narahatlığı. Oğullarını tanıyan ata-ana bilirdi ki, o yerində rahat durmayacaq. Vətən deyib bu müharibəyə atılacaq.
Əlihüseyn Məmmədov Elşad oğlu 2020-ci il oktyabrın 9-da Füzuli-Cəbrayıl-Xocavənd istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.
Məmmədov Əlihüseyn Elşad oğlu ölümündən sonra “Cəsur döyüşçü”, “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Məmmədov Əlihüseyn Elşad oğlu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Əlihüseyin çox xeyirxah, işinə ciddi yanaşan biri idi. Daxilində olan böyük məsuliyyət hissi onu iş həyatında qüsursuz edir. Rəhbər heyətlə, iş yoldaşları, müştərilərlə qurduğu düzgün münasibətdə son dərəcə səmimi və mədəni idi. Bu xüsusiyyətləri ilə rəhbər heyətin etibarını və hörmətini qazanan Əlihüseyn hər zaman onların diqqət mərkəzində olurdu. Həm oxuyub həm işləməsi onu istirahətindən də ayırmırdı. Yeməyi çox sevən Əlihüseyn istirahət zamanı maraqlı məkanlara gedir, özü üçün yeni kəşflər edirdi. İstirahət zamanı kiminsə onu narahat etməsini xoşlamırdı. İnsanlara qarşı münasibəti eyni idi. Hamıya eyni cür münasibət bəsləməyə çalışırdı. Arzularını anası ilə bölüşürdü çox vaxt.
Ata: Məmmədov Elşad Əlihüseyn oğlu Ana: Məmmədova Arzu Nadir qızı Qardaş: Məmmədov Əlibəy Elşad oğlu Bacı: Məmmədova Rühəngiz Elşad qızı