Tapa bilmədim
3-cü
Ailə məsələləri
Nəcis ayaqlamişam
Əxlaq
Əxlaq
Ata adı: Saleh
Məmmədov Elmar Saleh oğlu 18 avqust 1999-cu ildə Gəncə şəhərində doğulmuşdur. 2017-ci ildə Gəncə şəhər 17 nömrəli tam orta məktəbi bitirmişdir. 2017-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə Şəhər Kəpəz Rayon Şöbəsindən həqiqi hərbi xidmətə çağrılmış, Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində xidmət etmişdir. 2020-ci ilin sentyabr ayında Azərbaycan Ordusunda keçirilən hərbi təlimlərə çağrılmışdır.
27 sentyabr 2020-ci il tarixində Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun komandanlığı tərəfindən qoşunlarımızın bütün cəbhə boyu əks-hücum əməliyyatı başlaması barədə qərar verilmişdir. Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində iştirak etmişdir, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda vuruşmuşdur. O, Xocavənd rayonunun Ağoğlan (Hadrut), Füzuli, Qubadlı və Xocavənd rayonlarının azadlığı uğrunda gedən döyüşlərdə yer almışdır. 9 noyabr 2020-ci ildə Xocavənd uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalmışdır.
21 noyabr 2020-ci ildə Gəncə şəhərinin Şəhidlər xiyabanında dəfn olunmuşdur.
Məmmədov Elmar Saleh oğlu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Vətən uğrunda” (ölümündən sonra), Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 18 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Döyüşdə fərqləndiyinə görə” (ölümündən sonra) və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 25 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Xocavəndin azad olunmasına görə” (ölümündən sonra) medalları ilə təltif olunmuşdur.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Elmar Məmmədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Səmimi, təmiz ürəyi var idi. Hamının yanında hörmət qazanmağı bacarırıdı. Müəllimləri və dostları onu çox istəyərdi. Səfərbərlik zamanı “mən şəhid olub gələcəm” deyib və döyüşə gedib. Hər dəfə ailəsi ilə danışanda narahat olmayın biz arxadayıq deyib, ancaq həmişə öndə olduğunu ailəsindən gizlədib.
Ata: Məmmədov Saleh Tapdıq oğlu Ana: Cəfərova Elnarə Arif qızı