Məmmədov Elnur İsrəfil
MAHHXHQ əsgər
🇦🇿 Azərbaycan Şəhidi

Məmmədov Elnur İsrəfil

Ata adı: İsrəfil

🐣
Doğum — Daşkəsən Xoşbulaq kəndi
🕊️
Şəhadət — Kəlbəcər
📍
Dəfn Olunduğu Yer Gəncə Şəhidlər Xiyabanı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə MAHHXHQ əsgər
Qoşun Növü Quru Qoşunları
Xidmət Növü Həqiqi hərbi xidmət
Döyüşlərdə İştirak:
⚔️ Kəlbəcər

Təltif Edildiyi Orden və Medallar

Kəlbəcərin azad olunmasına görə medalı

Kəlbəcərin azad olunmasına görə medalı

Kəlbəcərin azad olunmasına görə
İgidliyə görə medalı

İgidliyə görə medalı

İgidliyə görə
Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
III dərəcəli "Vətənə xidmətə görə" ordeni

III dərəcəli "Vətənə xidmətə görə" ordeni

"Vətənə xidmətə görə" ordeni

Həyat Yolu və Şəhadət Tarixçəsi

Elnur Məmmədov 16 sentyabr 1989-cu ildə, Daşkəsən rayonunda anadan olmuşdur. Uşaqlıqdan vətənə, torpağa, elə-obaya bağlılıq hissi onda çox güclü idi, buna görə də böyüdüyündə hərbiçi olmaq qərarına gəldi. 20% torpağımızın düşman tapdağı altında qalması onu narahat edirdi və bir gün qisas gününün gələcəyinə ümid edirdi. Məmmədovlar ailəsinin üç oğlu var, evin böyüyü olan Elnurun bir gün Vətən müharibəsində iştrak edəcəyi, hətta şəhidlik zirvəsinə yüksələcəyi ağıllarna belə gəlməzdi.

Vətəninin bu dar günlərində ürəyi dözməyən, 2 əkiz qız atası olan Elnur, sevdikləri ilə vidalaşdı, çünki Vətənin onun kimi mərd oğullara ehtiyacı olduğunu bilirdi. Bu şanlı qələbədə onunda payı olmalı idi və olduda. 2 oktyabr 2020-ci ildə Daşkəsən, Kəlbəcər rayon sərhədində, qəhramanlıq göstərərək şəhadətə qovuşdu.

Kəşfiyyatcı Məmmədov Elnur döyüşün hələ ilk başlarından İkinci Qarabağ müharibəsində, yüksək qəhrəmanlıq nümunəsi göstərərək, iştrak etmişdir. Müxtəlif mövqeylərdə döyüşən Elnur, Oktyabrn 1-i Daşkəsən rayon sərhədindən, Kəlbəcər rayonuna keçid edib. Komandiri və döyüş yoldaşları ilə birlikdə, düşmənin iki postunu dağıdıb. Döyüş gedən zamanı, içi dolu erməni zabiti olan UAZ markalı maşınının yaxınlaşdığını görən komandiri, Elnura başını qaldırmamasını deyib, lakin Elnur sinəsini düşmənə sipər edərək, içi zabit dolu UAZ maşınını partladıb, özü isə düşmənin snayper gülləsinə tuş gəlib və qarın nahiyəsindən yaralanıb. Qısa müddət yerdə qaldıqdan sonra, özünü toparlayıb və döyüş yoldaşlarına "Siz geri çəkilin, mən gedərəm" deyərək, düşmənə hücüm edib, lakin çox təəsüf ki, snayperlə baş nahiyəsindən vurularaq, şəhidlik mərtəbəsinə ucalmışdı. Komandiri onun nəşrini çıxara bilmədi üçün, düşmənin əlinə keçməsin deyə, iki qayanın arasıında gizlətmişdir. 
Elnurun nəşi 49 gün neytralda qalmışdı. 50-ci günə keçən gecə də komandiri və döyüş yoldaşları, onun nəşini gizlətdikləri yerdən götürərək, ailəsinə təhvil vermişdilər. Elnur Məmmədov böyük izdihamla Gəncə şəhər şəhidlər xiyabanında dəfn edilmişdir .
Döyüşlərdə göstərdiyi igidliklərə Azərbaycan Respublikası Prezidentinin Sərəncamları ilə “Kəlbəcərin azad olunmasına görə”, “Vətən uğrunda” və “İgidliyə görə” medalları ilə təltif olunub.
 

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Elnur Məmmədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə”  ordeni ilə təltif edilib.

Xatirələrdə Yaşayan Şəhid:

Şəhid Elnur Məmmədov 02.10.2020-ci il tarixdə vəfat etsədə 23.11.2020-ci il tarixdə tapılaraq ailəsinə təhvil verilmişdir. O, sakit təbiətli, gülərüz, mehriban, ailəcanlı, qohumcanlı, mərhəmətli, zəhmətsevər, cəsur, vətənpərvər, igid, qorxmaz birisi olub.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Gəncə şəhəri Ş. İ. Xətai adına 13 saylı tam orta məktəbi
Ali Təhsil Azərbaycan Dövlət Aqrar Universiteti
İş Yeri Azərbaycan Respublikası Müdafiə Nazirliyi
Ailə Vəziyyəti Evli
Ailə Üzvləri

Həyat yoldaşı: Məmmədova Günay Tofiq qızı Qızı: Məmmədova Sevgi Elnur qızı Qızı: Məmmədova Sevim Elnur qızı Ata: Məmmədov İsrəfil İsa oğlu Ana: Pirverdiyev Mayisə Musa qızı Qardaş: Məmmədov Tural İsrəfil oğlu Qardaş: Məmmədov İsa İsrəfil oğlu

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər