Salamları
Allah
Allah
Allah
VARLIQ ALƏMİNİN ƏN ŞƏRƏFLİSİ HƏZRƏT MUHƏMMƏD (S)
Ey Əli, üç əməl gözəl xasiyyətlərdəndir
Ata adı: Xurşud
Elnur Məmmədov 21 oktyabr 1982-ci ildə Gəncə şəhərində anadan olmuşdur. 3 yaşında olarkən Ağdama köçmüşdür. 1990-1993-cü illərdə Ağdam rayon 1 nömrəli tam orta məktəbdə təhsil almışdır. 1993-2000-ci illərdə Gəncə şəhər 16 nömrəli tam orta məktəbdə, 2000-2004-cü illərdə Şuşa Kənd Təsərrüfatı Texnikumunda təhsilini davam etdirmişdir. Hərbi xidməti bitirdikdən sonra 2005-2014-cü illərdə Gəncə şəhərində çörəkçi işləmişdir. Ailəli idi, Vahid və Yusif adlı 2 övladı yadigar qaldı.
Elnur Məmmədov 2004-2005-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət qulluqçusu olmuşdur. 2014-cü ildən eyni hərbi birləşmədə müddətdən artıq həqiqi hərbi xidmət etmişdir. Göygöl rayonunun Toğanalı kəndində yerləşən “N” saylı hərbi hissənin taborlarından birinin tağımında manqa komandiri vəzifəsində işləmişdir. 2016-cı ilin aprelin 2-dən 5-nə qədər davam edən Aprel döyüşləri zamanı Goranboy rayonunun Tap Qaraqoyunlu kəndi istiqamətində yaxından vuruşmuş, fərqlənmişdir. Aprelin 3-dən 9-na qədər döyüş vəziyyətində xidmət etmişdir. Döyüşlərdə fərqləndiyinə görə hərbi hissə komandiri tərəfindən fəxri fərmanla təltif edilmişdir.
Azərbaycan Ordusunun əsgəri olan Fərid Hüseynov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. Murovdağın azad edilməsi uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Murovdağ istiqamətində döyüş tapşırığını yerinə yetirərkən yaralanan Elnur Məmmədov xəstəxanaya yerləşdirilmiş, 26 oktyabr 2020-ci ildə müalicə aldığı xəstəxanada şəhid olmuşdur. 27 oktyabr tarixində Gəncə Şəhidlər Xiyabanında dəfn olunmuşdur.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elnur Məmmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Elnur Məmmədov ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Elnur Məmmədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Sakit təbiətli, hər kəsin sevimlisi, vətəninə, ailəsinə bağlı insan olub.
Ata: Məmmədov Xurşud Əmiş oğlu Ana: Məmmədova Amalya Əbülfəz qızı Qardaş: Məmmədov Zaur Xurşud oğlu Bacı: Məmmədova Maya Xurşud qızı Həyat yoldaşı: Məmmədova Kəmalə İsmayıl qızı Oğlu: Məmmədov Vahid Elnur oğlu Oğlu: Məmmədov Yusif Elnur oğlu