Salamları
Allah
Allah
Allah
VARLIQ ALƏMİNİN ƏN ŞƏRƏFLİSİ HƏZRƏT MUHƏMMƏD (S)
Ey Əli, üç əməl gözəl xasiyyətlərdəndir
Ata adı: Dönməz
Elşad Məmmədov 1996-cı ildə Tovuz rayonunun Ağdam kəndində anadan olub. Ailəli və iki övladı var idi.
Azərbaycan Silahlı Qüvvələrinin baş əsgəri olan Elşad Məmmədov 2020-ci il iyulun 12-də Ermənistan Silahlı Qüvvələri Tovuz rayonu istiqamətində təxribatının qarşısını alan zaman şəhid olub. Tovuz döyüşlərinin şəhidi Elşad Məmmədov iyulun 13-də doğulduğu Tovuz rayonunda dəfn olundu.
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını və xidməti vəzifələrini yerinə yetirən zaman fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 30.12.2020-ci il tarixli Sərəncamına əsasən Elşad Məmmədov ölümündən sonra "Hərbi xidmətlərə görə" medalı ilə təltif edildi.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunmasında yüksək peşəkarlıq, şücaət və mərdlik göstərmiş, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiyinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu Elşəd Məmmədov ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.
Xalası oğlu Elburus Yusifov 2020-ci ildə Vətən müharibəsi zamanı şəhid olmuşdur.
Mərd, cəsur, vətənpərvər insan idi.
Ata: Məmmədov Dönməz