Salamları
Allah
Allah
Allah
VARLIQ ALƏMİNİN ƏN ŞƏRƏFLİSİ HƏZRƏT MUHƏMMƏD (S)
Ey Əli, üç əməl gözəl xasiyyətlərdəndir
Ata adı: Vüqar
Məmmədov Eltun Vüqar oğlu 2004-cü il yanvar ayının 27 -də Samux rayon Qarayeri qəsəbəsində anadan olmuşdur. Eltun Məmmədov orta təhsilini Samux rayonu Qarayeri qəsəbəsi tam orta məktəbində almışdır.
Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu olan Məmmədov Eltun Vüqar oğlu Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən 20 sentyabr 2023-cü il tarixində həyata keçirilmiş uğurlu lokal antiterror tədbirləri zamanı Xocavənd istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur.
Məmmədov Eltun Vüqar oğlu Samux rayonu Qarayeri qəsəbə qəbiristanlığında dəfn edilmişdir.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunmasında yüksək peşəkarlıq, şücaət və mərdlik göstərmiş, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqlənmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu Məmmədov Eltun Vüqar oğlu Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin sərəncamına əsasən “Vətən uğrunda” medalı və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilmişdir.
Mərd, İgid, Cəsur
Ata: Məmmədov Vüqar Camal oğlu Ana: Məmmədova Məxluqə Müzəffər qızı Qardaşı: Məmmədov Elvin Vüqar oğlu