Salamları
Allah
Allah
Allah
VARLIQ ALƏMİNİN ƏN ŞƏRƏFLİSİ HƏZRƏT MUHƏMMƏD (S)
Ey Əli, üç əməl gözəl xasiyyətlərdəndir
Ata adı: Eldəniz
Məmmədov Elvin Eldəniz oğlu 2001-ci il iyunun 25-də Ağdaş şəhərində anadan olub. Ali təhsilini başa çatdırdıqdan sonra 2014-cü ildə hərbi xidmətə yollanıb. Hərbi xidməti zamanı orada fəal snayperçi olub. Bunun üçün o əlavə təhsil də alıb. Hərbi xidməti zamanı xüsusi təyinatlılar kursunu müvəffəqiyyətlə başa çatdırıb. Hərbidə göstərdiyi nailiyyətlərinə görə bir çox dəfə fəxri fərmanlar və təşəkkürnamələr ilə təltif edilib. 2015-ci ildə həqiqi hərbi xidmət vəzifəsini başa vurub. 2020-ci il sentyabrın 21-də könüllü olaraq yenidən hərbi xidmətə yollanıb, sentyabr ayının 27-də Vətən müharibəsi başlayanda orada da qəhrəmancasına vuruşub. Qızğın döyüşlər zamanı ön cəbhədə xidmət edib. 15 oktyabr 2020-ci ildə Ağdərə istiqamətində yaralı əsgər yoldaşlarını döyüş bölgəsindən çıxardarkən özü də qəhrəmancasına şəhid olmuşdur. Ağdaş şəhər qəbiristanlığında dəfn olunub .
Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə Məmmədov Elvin Eldəniz oğlu "Vətən uğrunda" medalı ilə təltif edilib.
Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə Məmmədov Elvin Eldəniz oğlu "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edilib.
Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə Məmmədov Elvin Eldəniz oğlu "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edilib.
Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə Məmmədov Elvin Eldəniz oğlu "Cəsur döyüşçü" medalı ilə təltif edilib.
Mərd, cəsur, mehriban insan olub.
Ata: Məmmədov Eldəniz Zöhrab oğlu Ana: Məmmədova Nübar İsbat qızı Qardaş: Məmmədov Elgün Eldəniz oğlu Bacı: Məmmədova Dəniz Eldəniz qızı