Məmmədov Elvin Mahmud
Əsgər
🇦🇿 Azərbaycan Şəhidi

Məmmədov Elvin Mahmud

Ata adı: Mahmud

🐣
Doğum — Zaqatala
🕊️
Şəhadət — Ağdərə
📍
Dəfn Olunduğu Yer Zaqatala
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə Əsgər
Qoşun Növü Quru Qoşunları
Xidmət Növü Könüllü
Döyüşlərdə İştirak:
⚔️ Ağdərə

Təltif Edildiyi Orden və Medallar

Suqovuşanın azad olunmasına görə medalı

Suqovuşanın azad olunmasına görə medalı

Suqovuşanın azad olunmasına görə
Cəsur döyüşçü medalı

Cəsur döyüşçü medalı

Cəsur döyüşçü
Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
III dərəcəli "Vətənə xidmətə görə" ordeni

III dərəcəli "Vətənə xidmətə görə" ordeni

"Vətənə xidmətə görə" ordeni

Həyat Yolu və Şəhadət Tarixçəsi

Məmmədov Elvin Mahmud oğlu 1992-ci il oktyabr ayının 3-ü Zaqatala şəhərində anadan olub. Ailədəki üç qardaşın ən kiçiyi olmuşdur. 1999-cu ildə Zaqatala rayon Şıxəli Qurbanov adına 3 saylı orta məktəbin 1-ci sinfinə daxil olmuş, 2010-cu ildə həmin məktəbin 11-ci sinfini bitirmişdir.

2010–2014-cü illərdə Gürcüstanın Şərqi Avropa İnstitunun Maliyyə-kredit fakültəsində ali təhsil almışdır. Hərbi xidmət vəzifəsini bitirdikdən sonra bir çox yerlərdə işləmiş və boş zamanlarında idmanın müxtəlif formaları ilə məşğul olmuşdur (judo, qaydasız döyüş və s.). Vətən müharibəsinə yollanmazdan öncə Vays Parim şirkətində satış və reklam üzrə mütəxəssis işləyirdi. Səmimi və mehriban xarakteri ilə hər zaman hər kəsin rəğbətini qazanmışdır. 2019-cu ildə ailə həyatı qurmuşdur. Bir qız övladı var.
Ali təhsilini başa çatdırdıqdan sonra 2014-cü ildə hərbi xidmətə yollanıb. Hərbi xidməti zamanı orada fəal snayperçi olub. Bunun üçün o əlavə təhsil də almışdır. Hərbi xidməti zamanı xüsusi təyinatlılar kursunu müvəffəqiyyətlə başa çatdırmışdır. Hərbidə göstərdiyi nailiyyətlərinə görə bir çox dəfə fəxri fərmanlar və təşəkkürnamələr ilə təltif edilmişdir. 2015-ci ildə həqiqi hərbi xidmət vəzifəsini başa vurmuşdur. 2020-ci il sentyabrın 21-də könüllü olaraq yenidən hərbi xidmətə yollanmış, sentyabr ayının 27-də Vətən müharibəsi başlayanda orada da qəhrəmancasına vuruşmuşdur. Qızğın döyüşlər zamanı ön cəbhədə xidmət etmişdir. 15 oktyabr 2020-ci ildə Ağdərə istiqamətində yaralı əsgər yoldaşlarını döyüş bölgəsindən çıxardarkən özü də qəhrəmancasına şəhid olmuşdur.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Elvin Məmmədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə”  ordeni ilə təltif edilib.

Xatirələrdə Yaşayan Şəhid:

Anasının və həyat yoldaşının dediklərinə əsasən Elvin çox yaxşı ailə başcısı idi. Hamıya qarşı çox mehriban və gülərüz insan olmuşdur.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Ş.Qurbanov adına 3 saylı tam orta məktəb
Ali Təhsil Şərqi Avropa İqtisadiyyat Universiteti-Gürcüstan Laqodexi filialı
İş Yeri Dərman firması
Ailə Vəziyyəti Evli
Ailə Üzvləri

Ana: Məmmədova Tahirə Ramazan qızı Ata: Məmmədov Mahmud Ramazan oğlu Qardaş: Məmmədov İlqar Mahmud oğlu Qardaş: Məmmədov Nizami Mahmud oğlu

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər