Məmmədov Elyar Elbəyi
MAHHXHQ əsgər
🇦🇿 Azərbaycan Şəhidi

Məmmədov Elyar Elbəyi

Ata adı: Elbəyi

🐣
Doğum — Biləsuvar Ağalıkənd kəndi
🕊️
Şəhadət — Füzuli
📍
Dəfn Olunduğu Yer Biləsuvar Ağalıkənd kənd qəbiristanlığı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə MAHHXHQ əsgər
Qoşun Növü Quru Qoşunları
Xidmət Növü Həqiqi hərbi xidmət
Döyüşlərdə İştirak:
⚔️ Xocavənd ⚔️ Füzuli

Təltif Edildiyi Orden və Medallar

Füzulinin azad olunmasına görə medalı

Füzulinin azad olunmasına görə medalı

Füzulinin azad olunmasına görə
"Xocavəndin azad olunmasına görə" medalı

"Xocavəndin azad olunmasına görə" medalı

Xocavəndin azad olunmasına görə
Cəsur döyüşçü medalı

Cəsur döyüşçü medalı

Cəsur döyüşçü
Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
III dərəcəli "Vətənə xidmətə görə" ordeni

III dərəcəli "Vətənə xidmətə görə" ordeni

"Vətənə xidmətə görə" ordeni

Həyat Yolu və Şəhadət Tarixçəsi

Elyar Məmmədov 22 avqust 1990-cı ildə Biləsuvar rayonunun Ağalıkənd kəndində anadan olub. Təzəkənd kənd tam orta məktəbində təhsilini başa vurduqdan sonra hərbi xidmətə yolanır.
Elyar Məmmədov 27 sentyabr 2020-ci il tarixində başlanan Vətən müharibəsində Füzuli, Cəbrayıl uğrunda gedən döyüşlərdə vuruşmuş, Füzulinin azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. O, 27 oktyabr 2020-ci il tarixində doğulduğu kənd qəbiristanlığında torpağa tapşırılıb.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elyar Məmmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Füzulinin rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Elyar Məmmədov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin  Sərəncamına əsasən Elyar Məmmədov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Elyar Məmmədov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş Elyar Məmmədov  3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə tətif edilib. 

Xatirələrdə Yaşayan Şəhid:

Elyar hamı ilə mehriban yola gedər, heç kimin xətrinə dəyməzdi. Ailəsinə çox bağlı idi. Dostları, tanışları - bir sözlə onu tanıyanların arasında öz insanlığı ilə çox böyük hörmət qazanmışdı. Uşaqlıqdan vətənpərvər, qorxmaz, cəsur idi və hərbiçi olmaq istəyirdi. Vətəni uğrunda hər an canından keçməyə hazır olan, qeyrətli, namuslu və şücaətli bir oğul idi.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Ağalıkənd tam orta məktəbi
İş Yeri Azərbaycan Respublikası Müdafiə Nazirliyi
Ailə Vəziyyəti Evli
Ailə Üzvləri

Ata: Məmmədov Elbəyi Mirzəmməd oğlu Ana: Nəsirova Gülşən Ağacan qızı Qardaş: Məmmədova Eldar Elbəyi oğlu Qardaş: Məmmədov Mərhəmət Elbəyi oğlu Bacı: Məmmədova Gülər Elbəyi qızı Həyat yoldaşı: Musayeva Səma Novruz qızı Qızı: Məmmədova Süsən Elyar qızı Oğlan: Məmmədov Mənsum Elyar oğlu

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər