Tapa bilmədim
3-cü
Ailə məsələləri
Nəcis ayaqlamişam
Əxlaq
Əxlaq
Ata adı: Elşad
Fikrət Məmmədov 19 iyul 1997-ci ildə Ucar rayonu Müsüslü kəndində anadan olub. 2015-ci il iyul ayında müddətli həqiqi hərbi xidmətə çağırılan gənclərlə bərabər yola düşüb. Vətənə qulluğunu Füzuli rayonunda edib. 2017-ci ilin yanvar ayında hərbi xidmətini başa vuraraq, geri qaydıb.2020-ci il, sentyabrın 27-də Vətən Müharibəsi başlayır. Sentyabrın 29-da Ucar rayon hərbi komissarlığından birbaşa Füzuliyə yola düşür. Oktyabrın 31-də Şuşa istiqamətində düşmənlə döyüşə girirlər. Elə həmin döyüşlərdə də şəhid olur.
Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Cəsur döyüşçü” və “Vətən uğrunda” medalları ilə təltif edilib
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş Fikrət Məmmədov 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə tətif edilib.
Fikrət çox ürəyi təmiz, mehriban, rəhimli, hamıya canyandıran tərbiyəli bir oğlan idi. Tanıyanlar Fikrəti çox sevirdilər.
Ata: Məmmədov Elşad Fikrət oğlu Ana: Məmmədova Fərqanə Xaliq qızı Bacı: Məmmədova Sevinc Elşad qızı Qardaş: Məmmədov Elşən Elşad oğlu Qardaş: Məmmədov Rövşən Elşad oğlu