Salamları
Allah
Allah
Allah
VARLIQ ALƏMİNİN ƏN ŞƏRƏFLİSİ HƏZRƏT MUHƏMMƏD (S)
Ey Əli, üç əməl gözəl xasiyyətlərdəndir
Ata adı: Bəhruz
Məmmədov Fizuli Bəhruz oğlu 1989-cu il aprel ayının 5 -də Samux rayon Qovlarsarı kəndində anadan olmuşdur. Fizuli Məmmədov orta təhsilini Samux rayon Qovlarsarı kənd tam orta məktəbində almışdır. Orta təhsilini bitirdikdən sonra isə Azərbaycan Dövlət Aqrar Universitetinə daxil olmuş və ali təhsil almışdır.
Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu olan Məmmədov Fizuli Bəhruz oğlu Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən 20 sentyabr 2023-cü il tarixində həyata keçirilmiş uğurlu lokal antiterror tədbirləri zamanı Ağdam rayon Sıxavənd kəndi istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur.
Məmmədov Fizuli Bəhruz oğlu Samux rayonu Qovlarsarı kənd qəbiristanlığında dəfn edilmişdir.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunmasında yüksək peşəkarlıq, şücaət və mərdlik göstərmiş, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqlənmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu Məmmədov Fizuli Bəhruz oğlu Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin sərəncamına əsasən “Vətən uğrunda” medalı və 3-cü dərəcəli “Rəşadət” ordeni ilə təltif edilmişdir.
İgid, mərd, cəsur
Ata:Məmmədov Bəhruz Cabbar oğlu Ana:Ələkbərova Qətibə Ələkbər qızı Həyat yoldaşı: Məmmədova Günel Əli qızı Qızı:Məmmədova Zəhra Fizuli qızı Qızı: Məmmədova Fatimə Fizuli qızı