Məmmədov Fuad Valeryeviç
Əsgər
🇦🇿 Azərbaycan Şəhidi

Məmmədov Fuad Valeryeviç

Ata adı: Valeryeviç

🐣
Doğum — Bakı
🕊️
Şəhadət — Xocavənd Xocavənd
📍
Dəfn Olunduğu Yer Bakı Dədə Qorqud qəbiristanlığı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə Əsgər
Qoşun Növü Quru Qoşunları
Xidmət Növü Həqiqi hərbi xidmət
Döyüşlərdə İştirak:
⚔️ Füzuli ⚔️ Xocavənd ⚔️ Cəbrayıl

Təltif Edildiyi Orden və Medallar

Füzulinin azad olunmasına görə medalı

Füzulinin azad olunmasına görə medalı

Füzulinin azad olunmasına görə
Cəbrayılın azad olunmasına görə medalı

Cəbrayılın azad olunmasına görə medalı

Cəbrayılın azad olunmasına görə
"Xocavəndin azad olunmasına görə" medalı

"Xocavəndin azad olunmasına görə" medalı

Xocavəndin azad olunmasına görə
Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
III dərəcəli "Vətənə xidmətə görə" ordeni

III dərəcəli "Vətənə xidmətə görə" ordeni

"Vətənə xidmətə görə" ordeni

Həyat Yolu və Şəhadət Tarixçəsi

Fuad Məmmədov 1 avqust 1998-ci ildə Bakı şəhərində hərbçi ailəsində anadan olub. 2004-cü ildə Bakı şəhəri 221 nömrəli tam orta məktəbdə təhsil almağa başlayıb. 2015-ci ildə orta məktəbi bitirdikdən sonra Milli Aviasiya Akademiyasına daxil olub. 2020-ci ildə "Helikopter pilotu" ixtisası üzrə təhsilini tamamlayıb. Həmin ilin may ayında hərbi xidmətə çağrılıb və motoatıcı hissəsində qulluq etməyə başlayıb. "Səma" ansamblında rəqslə məşğul idi. Təhsil müddətində Türkiyə, Gürcüstan və Rusiya kimi ölkələrdə rəqs turlarında iştirak edib. Bakıda "Jara" filminin çəkilişlərində iştirak edib və əsas aktyorlardan birinin dublyoru olub.
21 oktyabr 2020-ci ildə işğal olunmuş ərazilərin azad edilməsi üçün mübarizə apararkən cəbhənin Xocavənd istiqamətindəki döyüşdə həlak olub.

Atası Valeri Nikolayeviç Dışin, ehtiyatda olan polkovnik, Azərbaycan Silahlı Qüvvələrində xidmət edib. Anası Mətanət Ərəstun qızı Məmmədova, ali təhsili bitirdikdən sonra könüllü olaraq Azərbaycan Silahlı Qüvvələrində xidmət edib.

Fuad Məmmədov  “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Vətən uğrunda” medalları ilə təltif edilib.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş Fuad Məmmədov 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə tətif edilib. 

Xatirələrdə Yaşayan Şəhid:

Mərd, cəsur, mehriban insan olub.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Bakı şəhəri 221 nömrəli orta məktəb
Ali Təhsil Azərbaycan Milli Aviasiya Akademiyası
Ailə Vəziyyəti Subay
Ailə Üzvləri

Ata: Dışin Valeri Nikolayeviç Ana: Məmmədova Mətanət Ərəstun qızı Qardaş: Məmmədov Rüfət Valeryeviç

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər