Salamları
Allah
Allah
Allah
VARLIQ ALƏMİNİN ƏN ŞƏRƏFLİSİ HƏZRƏT MUHƏMMƏD (S)
Ey Əli, üç əməl gözəl xasiyyətlərdəndir
Ata adı: Ehtiram
İkram Məmmədov 8 iyun 2002-ci ildə Xaçmaz rayonunun Çiləgir kəndində anadan olmuşdur. 2008-2017-ci illərdə Əfqan Yəhyayev adına Çiləgir kənd tam orta məktəbində təhsil almışdır. 2017-2020-ci illərdə Xaçmaz rayonu 97 nömrəli peşə liseyində traktorçu-maşınist ixtisası üzrə təhsilini davam etdirmişdir.
İkram Məmmədov 17 iyun 2020-ci ildə həqiqi hərbi xidmətə yollanmış, Qazax rayonunda yerləşən "N" saylı hərbi hissəsində xidmət etmişdir.
Azərbaycan Ordusunun əsgəri olan İkram Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. Cəbrayılın və Füzulinin azad edilməsi uğrunda gedən döyüşlərdə vuruşmuşdur. 13 oktyabr 2020-ci ildə Füzuli rayonunun Aşağı Seyidəhmədli kəndi istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olmuşdur. Uzun müddət itkin olaraq axtarılan İkram Məmmədovun nəşi 12 yanvar 2021-ci ildə tapılmış və doğulduğu Xaçmaz rayonunun Çiləgir kəndində torpağa tapşırılmışdır. Onun dəfn mərasimində rayon İcra hakimiyyəti və hüquq-mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələri və kənd sakinləri iştirak etmişdir.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən İkram Məmmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən İkram Məmmədov ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi.
Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən İkram Məmmədov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən İkram Məmmədov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, İkram Məmmədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Şəhid İkram Məmmədov ailə üzlərinin bildirdiyinə görə çox tərbiyəli, işgüzar, vətənpərvər övlad olub. Dostlarının bildirdiyinə görə mərd, yardımsevər, cəsur dost olub.
Ata: Məmmədov Ehtiram İkram oğlu Qardaş: Məmmədov İntiqam Ehtiram oğlu Bacı: Yunusova Elnaz Ehtiram qızı