Tapa bilmədim
3-cü
Ailə məsələləri
Nəcis ayaqlamişam
Əxlaq
Əxlaq
Ata adı: Rauf
ədov İlham 1999 cu il Fevralın 14-də Gəncə şəhərində anadan olmuşdur. 2005 ci ildə 1 ci sinifə getmiş və 2016 cı ildə məzun olmuşdur Gəncə şəhəri 15 Nömrəli tam orta məktəb. Kəşfiyyatçı olmuşdur. Subay idi. Ailədə iki qardaş idi. Məktəb illərində Basketbol idman növündə bir çox nailiyyətlər əldə etmişdir. Komanda yoldaşları arasında liderlik xüsusiyyətləri ilə seçilmişdir. Qeyd edək ki, komanda yoldaşları arasında öz qardaşı Tural Məmmədovda olmuşdur. Oyun zamanı komanda yoldaşları arasında yüksək əhval ruhiyyənin olmasında, qələbəyə inamın yaranmasında böyük rolu olmuşdur və bu xüsusiyyətlərini döyüş meydanındada göstərmişdi. Respublika çempionu olmuşdur.
Gəncənin və bir çox bölgələrin çempionatında dəfələrlə birinci yer tutmuşdu. Vətən uğrunda, Döyüşdə fərqlənməyə görə və Xocavəndin azad olunmasına görə medalları ilə təltif olunmuşdur. Döyüşlərə öz dayısı ehtiyatda olan Baş leytenant Anar Salmanov ilə birlikdə qatılmışdı. Dayısı Murovdağ istiqamətində gedən döyüşlərdə yaralanaraq qazi olmuşdur. Özü isə Füzuli və Xocavənd istiqamətində bir çox kəndlərin alınmasında fəal iştirak etmişdir. 9 noyabr Xocavənd istiqamətində qəhrəmancasına Şəhid olmuşdur.
Azərbaycan ordusunun əsgəri olan Məmmədov İlham 2016 ci ildə 1 il 6 ay müddətində "N" saylı hərbi hissədə hərbi xidmətdə olmuşdur. Hərbi xidmətdə olarkən nümunəvi əsgər olduğu üçün şəkli şərəf lövhəsində yer almışdır. 2020-ci ildə sentyabrın 22 si könüllü olaraq cəbhəyə yollanmışdır. 9 noyabr Xocavənd rayonunun azad olunması uğrunda şəhid olmuşdur. 21 noyabr Gəncə şəhəri Şəhidlər xiyabanında dəfn olunmuşdur.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, İlham Məmmədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Mehriban, ailəsinə bağlı, sakit təbiətli, vətənpərvər insan idi.
Ata: Məmmədov Rauf Aydın oğlu Ana: Səlmanova Elnurə Sayad qızı Qardaşı: Məmmədov Tural Rauf oğlu