Məmmədov İlkin Fərhad
Əsgər
🇦🇿 Azərbaycan Şəhidi

Məmmədov İlkin Fərhad

Ata adı: Fərhad

🐣
Doğum — Biləsuvar
🕊️
Şəhadət — Tərtər Talış kəndi
📍
Dəfn Olunduğu Yer Biləsuvar Şəhər qəbiristanlığı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə Əsgər
Qoşun Növü Quru Qoşunları
Xidmət Növü Həqiqi hərbi xidmət
Döyüşlərdə İştirak:
⚔️ Tərtər

Təltif Edildiyi Orden və Medallar

Suqovuşanın azad olunmasına görə medalı

Suqovuşanın azad olunmasına görə medalı

Suqovuşanın azad olunmasına görə
Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
III dərəcəli "Vətənə xidmətə görə" ordeni

III dərəcəli "Vətənə xidmətə görə" ordeni

"Vətənə xidmətə görə" ordeni

Həyat Yolu və Şəhadət Tarixçəsi

İlkin Məmmədov 27 mart 2002-ci ildə Biləsuvar rayonunda anadan olmuşdur.İlkin Məmmədov orta məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanıb. O, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixdən başlayan Vətən müharibəsində iştirak etmiş və düşmən hücumunun qarşısını alarkən qəhrəmancasına şəhid olmuşdur.

Şəhid İlkin Məmmədov 6 noyabr 2020-ci il tarixində Biləsuvar şəhər qəbiristanlığında dəfn olunmuşdur.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq  Sərəncamlarına  əsasən İlkin Məmmədov ölümündən sonra "Vətən uğrunda" və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, İlkin Məmmədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə”  ordeni ilə təltif edilib.

Xatirələrdə Yaşayan Şəhid:

İlkin çox mehriban, şən, zarafatcıl və səmimi biri idi. Ailəsinə bağlı, ata-anaya qarşı diqqətcil və qayğıkeş olub. İstər oxuduğu məktəbdə, istərsədə qonşuluqda çox böyük hörmət qazanmışdı. Böyük-kiçik yeri bilən, vətəninə, torpağına bağlı bir insan olub.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Biləsuvar şəhər Kəmaləddin Ağayev adına internat tipli məktəb
Ailə Vəziyyəti Subay
Ailə Üzvləri

Ata: Fərhad Məmmədov Sulduz oğlu Ana: Könül Eyvazova Aydın qızı Bacı: Xəyalə Məmmədli Fərhad qızı

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər