Tapa bilmədim
3-cü
Ailə məsələləri
Nəcis ayaqlamişam
Əxlaq
Əxlaq
Ata adı: Fərhad
İsmayıl Məmmədov 1992-ci il martın 10-da Sabirabad rayonunun Cəngan kəndində anadan olub.
Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının əsgəri olan İsmayıl Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinın və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. İsmayıl Məmmədov noyabrın 7-də Şuşa döyüşləri zamanı şəhid olub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən İsmayıl Məmmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən İsmayıl Məmmədov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən İsmayıl Məmmədov ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Zəhmətkeş və vətənpərvər bir insan olub. Ağdam istiqamətində gedən döyüşlərdə xüsusi fəallıq göstərib. Daşaltı əməliyyatında Şuşaya daxil olmaq üçün əlbəyaxa döyüşlərdə şücayət göstərib. Onlarla düşməni məhv edib. Qələbəyə bir neçə saat qalmış tank gülləsinə tuş gəlib. Can verə-verə "Nə xoşbəxtəm ki, Şuşanı düşməndən geri alındığı günü görürəm” - deyib.
Ata: Məmmədov Frəhad İsmayıl oğlu Ana: Məmmədova Gülzar Şirin qızı Həyat yoldaşı: Məmmədova Səbinə Şamil qızı Oğlu: Məmmədli Cəlal İsmayıl oğlu Qızı: Məmmədli Lamiyə İsmayıl qızı