Salamları
Allah
Allah
Allah
VARLIQ ALƏMİNİN ƏN ŞƏRƏFLİSİ HƏZRƏT MUHƏMMƏD (S)
Ey Əli, üç əməl gözəl xasiyyətlərdəndir
Ata adı: Mübariz
Kamil Məmmədov 1996-cı il iyulun 11-də Gəncə şəhərində anadan olub. 2012-ci ildə Gəncə şəhər M.Əzizbəyov adına 15 nömrəli tam orta məktəbin 9-cu sinfini bitirmişdir.
Məmmədov Kamil 2016-cı ildə həqiqi hərbi xidmətə çağırılıb. 2013–2016-cı illərdə təhsilini 2 saylı Peşə məktəbində (indiki Ticarət və Xidmət üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzi) davam etdirmişdir. 2016-cı ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə Şəhər Kəpəz Rayon Şöbəsindən həqiqi hərbi xidmətə çağrılmış, Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsində xidmət etmişdir. 2020-ci ilin sentyabr ayında Azərbaycan Ordusunda keçirilən hərbi təlimlərə çağrılmışdır. Azərbaycan Ordusunun əsgəri olan Məmmədov Kamil 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində savaşıb. Məmmədov Kamil noyabrın 5-də Xocavənd döyüşləri zamanı şəhidlik zirvəsinə ucalmışdır. Gəncə Şəhidlər Xiyabanında dəfn olunub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə ölümündən sonra "Vətən uğrunda", "Döyüşdə fərqlənməyə görə" və "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edilib.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Kamil Məmmədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Mehriban, səmimi, ailəsini, vətənini sevən insan idi. Dostları həmişə onunla məsləhətləşərdilər. Müəllim və sinif yoldaşları onu çox sevərdilər.
Ata: Məmmədov Mübariz Kamil oğlu Ana: Məmmədova Aytəkin Göygöl qızı Qardaş: Məmmədov Ramil Mübariz oğlu