namazla bağlıdı
KFC və ya MACdonald da işləmək olar?
KFC və ya MACdonald da işləmək olar?
Bəqərə surəsi (49-57) - Hacı Rahib | Ruhunuzu dinləndirin
Hacı Əhliman Rüstəmov - Cümə moizəsi ( 9 Oktyabr 2026)
Cümə moizəsi Mövzu: Zikr və qəflət -12
Ata adı: Bəhruz
Məmmədov Kənan Bəhruz oğlu 22 aprel 1999-cu il tarixdə Ağdaşın Xosrov kəndində anadan olub.
Rabitə taqımının radio manqasının elektrik-doldurucusu kimi xidmət aparıb.
29 oktyabr 2020-ci ildə Tərtər-Ağdərə bölgəsində düşmən tərəfindən atılan artilleriya mərmisinin partlaması nəticəsində aldığı qəlpə yarasından həlak olub. Xosrov kənd qəbiristanlığında dəfn olunub.
Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Məmmədov Kənan Bəhruz oğlu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Anasına, atasına bağlı övlad olub. Vətən savaşı başlayanda atamın və əməmin qisasını alacam deyirdi.
Ata: Məmmədov Bəhruz Vahid oğlu Ana: Məmmədova Yaxşı Sevdiyar qızı Qardaş: Məmmədova Sübhan Bəhruz oğlu Bacı: Əhmədli Xədicə Bəhruz qızı