Məmmədov Məhəmməd Bilal
Gizir
🇦🇿 Azərbaycan Şəhidi

Məmmədov Məhəmməd Bilal

Ata adı: Bilal

🐣
Doğum — Biləsuvar Ağalı kəndi
🕊️
Şəhadət — Kəlbəcər
📍
Dəfn Olunduğu Yer Biləsuvar Ağalı kənd qəbiristanlığı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə Gizir
Qoşun Növü Quru Qoşunları
Xidmət Növü Həqiqi hərbi xidmət
Döyüşlərdə İştirak:
⚔️ Füzuli ⚔️ Xocavənd ⚔️ Şuşa ⚔️ Kəlbəcər

Təltif Edildiyi Orden və Medallar

Füzulinin azad olunmasına görə medalı

Füzulinin azad olunmasına görə medalı

Füzulinin azad olunmasına görə
Şuşanın azad olunmasına görə medalı

Şuşanın azad olunmasına görə medalı

Şuşanın azad olunmasına görə
"Xocavəndin azad olunmasına görə" medalı

"Xocavəndin azad olunmasına görə" medalı

Xocavəndin azad olunmasına görə
Cəsur döyüşçü medalı

Cəsur döyüşçü medalı

Cəsur döyüşçü
Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
III dərəcəli "Vətənə xidmətə görə" ordeni

III dərəcəli "Vətənə xidmətə görə" ordeni

"Vətənə xidmətə görə" ordeni

Həyat Yolu və Şəhadət Tarixçəsi

Məhəmməd Məmmədov 1995-ci il dekabrın 15-də Biləsuvar rayonunun Ağalıkənd kəndində anadan olub. Subay idi.
Azərbaycan Ordusunun giziri Məhəmməd Məmmədov 2020-ci ilin sentyabrın-noyabr aylarında Vətən müharibəsi zamanı Füzuli, Xocavənd və Şuşa istiqamətində gedən döyüşlərdə savaşıb.

Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən "Cəsur döyüşçü" medalı, "Füzulinin azad olunmasına görə" medalı, "Xocavəndin azad olunmasına görə" medalı və "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edilib.

Məhəmməd Məmmədov 2022-ci il sentyabrın 12-də Ermənistan Silahlı Qüvvələri tərəfindən törədilən genişmiqyaslı təxribatın qarşısının alınması zamanı şəhid olub.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş Məhəmməd Məmmədov “Vətən uğrunda” medalı ilə tətif edilib. 

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş Məhəmməd Məmmədov  III dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə tətif edilib. 

Xatirələrdə Yaşayan Şəhid:

Məhəmməd çox mehriban, gülərüz, ünsiyyətcil və yardımsevər biri idi. Kiminsə arxasınca mənfi danışmağı xoşlamaz və danışan adam gördükdə də bunun düzgün olmadığını ona izah edərdi. Uşaqlıqdan çox zəhmətkeş biri idi. Dostları, döyüş yoldaşları onun vətənpərvər, qorxmaz və cəsur olduğunu, vətəni və döyüş yoldaşları uğrunda dəfələrlə özünü ölümün qarşısına atdığını deyirdilər.Valideynləri onun böyük-kiçiyə, ata-anasına hörmət etdiyini, onu tanıyan hər kəs arasında çox böyük hörmət qazandığını dedilər qeyd edirlər.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Ağalı kənd tam orta məktəbi
Ailə Vəziyyəti Subay
Ailə Üzvləri

Ata: Məmmədov Bilal Allahverdi oğlu Ana: Bayramova Sevda Şəmsəddin qızı Qardaş: Məmmədov Xəyal Bilal oğlu Bacı: Həsənova Raifə Bilal qızı Bacı: Məmmədova Günay Bilal qızı Bacı:Məmmədova Səma Bilal qızı

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər