Məmmədov Mehti Elçin
Əsgər
🇦🇿 Azərbaycan Şəhidi

Məmmədov Mehti Elçin

Ata adı: Elçin

🐣
Doğum — Tərtər Sarıcalı kəndi
🕊️
Şəhadət — Tərtər Suqovuşan
📍
Dəfn Olunduğu Yer Tərtər Sarıcalı qəbristanlığı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə Əsgər
Qoşun Növü Quru Qoşunları
Xidmət Növü Səfərbərlik
Döyüşlərdə İştirak:
⚔️ Tərtər

Təltif Edildiyi Orden və Medallar

Suqovuşanın azad olunmasına görə medalı

Suqovuşanın azad olunmasına görə medalı

Suqovuşanın azad olunmasına görə
Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
III dərəcəli "Vətənə xidmətə görə" ordeni

III dərəcəli "Vətənə xidmətə görə" ordeni

"Vətənə xidmətə görə" ordeni

Həyat Yolu və Şəhadət Tarixçəsi

Məmmədov Mehdi Elçin oğlu 6 aprel 2002-ci ildə Tərtər rayonunun Sarıcalı kəndində dünyaya gəlib.

Mehdi Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Talış-Suqovuşan uğrunda gedən döyüşlərdə savaşıb. 13 okytabr 2020-ci ildə Tərtər rayonu Suqovuşan kəndi istiqamətində düşmən tərəfindən atılan artilleriya atəşi zamanı şəhid olub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Məmmədov Mehdi Elçin oğlu ölümündən sonra "Suqovuşanın azad olunması" və "Vətən uğrunda" medalları ilə təltif edilib.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Məmmədov Mehdi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə”  ordeni ilə təltif edilib.

Xatirələrdə Yaşayan Şəhid:

Anasının dediyinə görə, vətənpərvər, gülərüz, şən, ailəcanlı, qayğıkeş, dostları arasında səmimi ünsiyyət quran bir gənc idi.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Tərtər rayon, Sarıcalı kənd orta məktəbi
Ailə Vəziyyəti Subay
Ailə Üzvləri

Ata: Məmmədov Elçin Aslan oğlu Ana: Məmmədova Laləzər İsmayil qızı Bacı: Səfərli Arzu Elçin qızı

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər