Tapa bilmədim
3-cü
Ailə məsələləri
Nəcis ayaqlamişam
Əxlaq
Əxlaq
Ata adı: Elman
Məmmədov Münasib Elman oğlu 1996-cı ildə yanvarın 15-də Şəmkir rayonunun Yuxarı Seyfəli kəndində doğulub. 2003-2014-cü illərdə doğulduğu kənddə orta təhsilə yiyələnən Münasib, 2014-cü ildə həqiqi hərbi xidmətə yollanıb.
Hərbi xidməti zamanı nizam-intizamı ilə komandirlərinin rəğbətini qazanan qəhrəmanımız, Aprel döyüşləri zamanı öz şücaəti ilə seçilməyi bacarıb.
Həqiqi hərbi xidmətini şərəflə başa vuran şəhidimiz 2016-cı ildə sevdiyi xanımla ailə həyatı qurur. İndi qəhrəmanımızdan geriyə Elman adlı oğlu yadigar qalıb. Hər gün atasının şəkillərə həsrətlə baxan 3 yaşlı balamız qəhrəman atası ilə zaman keçdikcə fəxr edəcək. Bu həsrət qürur mənbəyi ilə əvəz ediləcək.
Münasib döyüş bacarığını tək hərbi xidmət və Aprel döyüşlərində göstərmədi, o bütün sevgilərini geridə qoyub ən ali sevgisinə doğru qanad açdı, Vətənin dar gününə dayaq olmağa tələsən qəhrəmanımız könüllü olaraq Vətən müharibəsində iştirak etmək üçün ordu sıralarına qatılır.
O, Füzuli-Qubadlı istiqmətində gedən döyüşlərdə iştirak edir. Lakin oktyabrın 26 da Füzuli döyüşlərində şəhadətə yüksəlir və oktyabrın 27-si doğulduğu kənddə dəfn edilir.
Uzun illər yataq xəstəsi olan Münasibin atası oğlunun acı xəbərinə dözməyərək, dünyasını dəyişir.
Münasib Məmmədov ölümündən sonra Prezident İlham Əliyevin Sərəncamı ilə "Füzulinin azad olunmasına görə", "Vətən uğrunda", "Döyüşdə fərqləndiyinə görə" medalları ilə təltif edilir.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş Münasib Məmmədov 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə tətif edilib.
Gülərüz, sakit təbiyyətli, mədəni, mərifətli, tərbiyyəli, igid, cəsur, qorxmaz, vətənpərvər, ailəcanlı, mehriban, qohumcanlı insan idi.
Ata: Məmmədov Elman Həsən oğlu Ana: Musayeva Nəzirə Nəsib qızı Qardaş: Məmmədov Asif Elman oğlu Bacı: Məmmədova Xəyalə Elman qızı Bacı: Məmmədova Röyalə Elman qızı Bacı: Məmmədova Aynur Elman qızı