Məmmədov Murad İlham
Əsgər
🇦🇿 Azərbaycan Şəhidi

Məmmədov Murad İlham

Ata adı: İlham

🐣
Doğum — Bakı
🕊️
Şəhadət — Qubadlı
📍
Dəfn Olunduğu Yer Bakı Zabrat qəbiristanlığı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə Əsgər
Qoşun Növü Quru Qoşunları
Xidmət Növü Həqiqi hərbi xidmət
Döyüşlərdə İştirak:
⚔️ Cəbrayıl ⚔️ Qubadlı

Təltif Edildiyi Orden və Medallar

Cəbrayılın azad olunmasına görə medalı

Cəbrayılın azad olunmasına görə medalı

Cəbrayılın azad olunmasına görə
Qubadlının azad olunmasına görə medalı

Qubadlının azad olunmasına görə medalı

Qubadlının azad olunmasına görə
Cəsur döyüşçü medalı

Cəsur döyüşçü medalı

Cəsur döyüşçü
Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
III dərəcəli "Vətənə xidmətə görə" ordeni

III dərəcəli "Vətənə xidmətə görə" ordeni

"Vətənə xidmətə görə" ordeni

Həyat Yolu və Şəhadət Tarixçəsi

Murad Məmmədov 2000-ci il dekabrın 15-də Bakı şəhərində anadan olub. Orta təhsilini Bakı şəhərinin Nərimanov rayonunda yerləşən 37 saylı tam orta məktəbdə alıb. Məktəb illərində Rayon Gənclər və İdman İdarəsi tərəfindən keçirilən bir çox idman yarışlarının qalibi olub, Bakı və Respublika çempionatlarında iştirak edərək yüksək nəticələr əldə edib. Karate idman növü üzrə qara kəmər dan dərəcəsinin sahibi idi. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nərimanov Rayon İdarəsi tərəfindən həqiqi hərbi xidmətə çağırılıb, Vətən müharibəsində Cəbrayıl və Füzulinin alınmasında iştirak edib və Qubadlı istiqamətində gedən döyüşlərdə şəhid olub.

Murad 2019-cu il iyul ayının 8-i hərbi xidmətə yollanıb. Xidmətini Ağcabədi rayonunda yerləşən "N" saylı hərbi hissədə yerinə yetirən igid əsgər tərxis olunmasına 3 ay qalmış sentyabrın sonları başlayan Vətən müharibəsində iştirak edib.

Azərbaycan Ordusunun əsgəri olan Murad İlham oğlu Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayıl və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə şücaət göstərib. Murad Məmmədov oktyabrın 22-də Qubadlının azad edilməsi zamanı qəhrəmancasına şəhid olub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Murad Məmmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycan Prezidenti İlham Əliyevin  Sərəncamına əsasən Murad Məmmədov ölümündən sonra "Cəbrayılın azad olunması uğrunda" medalı ilə təltif edildi.

Azərbaycan Prezidenti İlham Əliyevin  Sərəncamına əsasən Murad Məmmədov ölümündən sonra " Qubadlının azad olunması uğrunda" medalı ilə təltif edildi.

Azərbaycan Prezidenti İlham Əliyevin  Sərəncamına əsasən Murad Məmmədov ölümündən sonra "Cəsur döyüşçü " medalı ilə təltif edildi.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Murad Məmmədov  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə”  ordeni ilə təltif edilib.

Xatirələrdə Yaşayan Şəhid:

Xeyirxaq,sucayətli, vətənpərvər, mehriban və gülərüz olub.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Nərimanov rayonu, 37 nömrəli orta məktəb
Ailə Vəziyyəti Subay
Ailə Üzvləri

Ata: Məmmədov İlham Tanrıverdi oğlu Ana: Məmmdov Güldanə Şair qızı Qardaş: Məmmədov Oruc İlham oğlu Bacı: Məmmədova Əsmər İlham qızı

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər