Tapa bilmədim
3-cü
Ailə məsələləri
Nəcis ayaqlamişam
Əxlaq
Əxlaq
Ata adı: Yaşar
Murad Yaşar oğlu Məmmədov 2 yanvar 1986 -cı ildə Qərbi Azərbaycanda anadan olmuşdur. 1993-2004-cü illərdə 278 nömrəli məktəbdə orta təhsil almışdır. 2004-2008 -ci illərdə keçmiş Milli Təhlükəsizlik Nazirliyinin akademiyasında təhsil almışdır.
Murad Məmmədov Dövlət Sərhəd Xidmətinin mayoru idi. O, 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində savaşmışdır. Məmmədov müharibə zamanı "AN-2 Antonov" təyyarələrini idarə etmişdir. 30 noyabr saat 10:40 radələrində Dövlət Sərhəd Xidmətinin hərbi helikopteri Xızı rayonu ərazisində yerləşən "Qaraheybət" aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğramışdır. Məmmədov qəza nəticəsində daha 13 nəfər hərbçi ilə birlikdə şəhid olmuşdur. O, 1 dekabrda II Şəhidlər xiyabanında dəfn edilmişdir. Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev qəzada həlak olanların, o cümlədən Məmmədovun "şəhid" statusunu aldığını bildirmişdir.
Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən Murad Yaşar oğlu Əhmədov “Hərbi xidmətlərə görə” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edildi.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında və dövlət sərhədinin mühafizəsi üzrə xidməti vəzifələrinin icrası zamanı igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqları icra edərkən vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu Murad Yaşar oğlu Əhmədov ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Mərd, cəsur, insan idi.
Ata: Məmmədov Yaşar Ana: Həsənova Mürvət Həyat yoldaşı: Aysel Məmmədova Qızı: Məmmədova Banu Murad qızı Qızı: Məmmədova Lalə Murad qızı