Tapa bilmədim
3-cü
Ailə məsələləri
Nəcis ayaqlamişam
Əxlaq
Əxlaq
Ata adı: Yusif
Murad Məmmədov 7 dekabr 1995-ci ildə Sumqayıt şəhərində anadan olub. İbtidai təhsilini 23 nömrəli orta məktəbdə alan Murad daha sonra Təbiət Elmləri Təmayüllü Gimnaziyasına qəbul olub və burada 10-cu sinifə qədər təhsil alıb. Orta təhsilini 22 nömrəli orta məktəbdə başa vuran Murad bu müddət ərzində idmanın cüdo növü üzrə yaxından məşğul olmuşdur. 2013-2018-ci illər ərzində Azərbaycan Texniki Universitetinin Elektroenergetika mühəndisliyi fakültəsində təhsil almışdır.
Ali təhsilini başa vurduqdan sonra Murad hərbi xidmətə yollanıb. Xidmətinin ilk 3 ayını Gəncə şəhərində keçirdikdən sonra qalanını Daşkəsən rayonunda davam etdirmişdir. Hərbi xidməti başa vurduqdan sonra Azərişıqda mühəndis vəzifəsində işə başlamışdı. 1 oktyabr 2020-ci ildə qardaşının Vətən müharibəsində olmasına baxmayaraq, Murad da könüllü olaraq adını yazdırıb döyüşlərə qoşulmuşdur. Döyüşlər zamanı Murad torpaqlarımızın işğaldan azad olunması uğrunda gedən bir çox döyüş bölgələrində döyüşmüş və 25 oktyabrda Qubadlının azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Elə həmin gün Qubadlı şəhəri düşmən işğalından azad olmuşdur.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Murad Məmmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilmişdir.
Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Murad Məmmədov ölümündən sonra "Laçının azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Murad Məmmədov ölümündən sonra "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edilmişdir.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş Murad Məmmədov 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə tətif edilib.
Sakit təbiətli, mehriban, vətənpərvər, ailəcanlı bir insan idi.
Ata: Məmmədov Yusif Surxay oğlu Ana: Məmmədova Elza Malik qızı Qardaş: Məmmədov Nurlan Yusif oğlu Bacı: Məmmədova Leyla Yusif qızı