Tapa bilmədim
3-cü
Ailə məsələləri
Nəcis ayaqlamişam
Əxlaq
Əxlaq
Ata adı: Rəşid
Məmmədov Mürşüd Rəşid oğlu 1966-cı ildə Ağdam rayonunun Hacıməmmədli kəndində anadan olub.
Ermənistanın silahlı qüvvələrinin dinc Azərbaycan əhalisinin sıx yaşadığı əraziləri növbəti dəfə ağır artilleriyadan atəşə tutması nəticəsində 2020-ci il, oktyabrın 1-də, saat 13 radələrində Ağdam rayonu, Hacıməmmədli kəndində yaşadıqları evə düşmüş top mərmisinin qəlpələrindən 1966-cı il təvəllüdlü Məmmədov Mürşüd Rəşid oğlu və onun 1996-cı il təvəllüdlü oğlu Samir Məmmədov həlak olub, yaşadıqları evə külli miqdarda ziyan dəyib.
Bununla bağlı Baş Prokurorluq məlumat yayıb.
Faktla bağlı Ağdam Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.1-ci (cinayətkar birlik–təşkilat tərəfindən qəsdən adam öldürmə), 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürmə), 120.2.12 (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə qəsdən adam öldürmə), 100.2 (təcavüzkar müharibəni aparma),186.3-cü (əmlakı qəsdən məhv etmə və ya zədələmə xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) və digər maddələri ilə cinayət işi başlanıb.
Sakit, mülayim təbiətli, ailəcanlı və I Qarabağ döyüşlərinin iştirakçısı idi.
Həyat yoldaşı: Məmmədova Sevinc Nərman qızı Oğlu: Məmmədov Dərya Mürşüd oğlu Oğlu: Məmmədov Təbriz Mürşüd oğlu