Məmmədov Natiq Sahib
Gizir
🇦🇿 Azərbaycan Şəhidi

Məmmədov Natiq Sahib

Ata adı: Sahib

🐣
Doğum — Biləsuvar Aşağı Cürəli kəndi
🕊️
Şəhadət — Xocavənd
📍
Dəfn Olunduğu Yer Biləsuvar Aşağı Cürəli kənd qəbiristanlığı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə Gizir
Qoşun Növü Quru Qoşunları
Xidmət Növü Həqiqi hərbi xidmət
Döyüşlərdə İştirak:
⚔️ Xocavənd

Təltif Edildiyi Orden və Medallar

"Xocavəndin azad olunmasına görə" medalı

"Xocavəndin azad olunmasına görə" medalı

Xocavəndin azad olunmasına görə
Döyüşdə fərqlənməyə görə medalı

Döyüşdə fərqlənməyə görə medalı

Döyüşdə Fərqlənməyə görə
Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
III dərəcəli "Vətənə xidmətə görə" ordeni

III dərəcəli "Vətənə xidmətə görə" ordeni

"Vətənə xidmətə görə" ordeni

Həyat Yolu və Şəhadət Tarixçəsi

Natiq Məmmədov 30 avqust 1997-ci ildə Biləsuvar rayonunun Aşağı Cürəli kəndində anadan olmuşdur Aşağı Cürəli kənd,tam orta məktəbində 2004-2015'ci illərdə orta təhsil almışdır. Orta təhsilini başa vurduqdan sonra hərbi xidmətə yollanmışdır. Nümunəvi xidmətinə görə gizirlik məktəbinə göndərilir. Natiq Məmmədov gizir kimi yenidən hərbi xidmətini davam etdirir.Ailəli deyildi
Sentyabr ayının 27-də Vətən müharibəsi başlananda Natiqin də olduğu hərbi dəstə ön xətdə idi. İkinci Qarabağ müharibəsi zamanı şəhid olub. Natiq Məmmədov 30 oktyabr 2020-ci ildə Aşağı Cürəli kənd qəbiristanlığında torpağa tapşırılır.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Nətiq Məmmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Natiq Məmmədov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirən zaman cəsarət və fədaкarlıq göstərdiyinə, habelə təşəbbüsкar və qətiyyətli addımlar nümayiş etdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Natiq Məmmədov ölümündən sonra "Döyüşdə fərqlənməyə görə" medalı ilə təltif edildi.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Natiq Məmmədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə”  ordeni ilə təltif edilib.

Xatirələrdə Yaşayan Şəhid:

Natiq çox istiqanlı, mehriban və gülərüz biri idi. Deyib-gülməyi zarafat etməyi xoşlayırdı. Hamı ilə yaxşı yola gedər, heç kimin xətrinə dəyməzdi. Dostluqda və yoldaşlıqda sadiq biri idi. Ailəsinə bağlı, valideynlərinə, bacı-qardaşlarına qarşı qayğıkeş və diqqətcil biri idi. Vətəninə bağlı, vətəni uğrunda hər an canından keçməyə hazır biri idi.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Oktay Babayev adına Aşağı Cürəli kənd tam orta məktəbi
İş Yeri Azərbaycan Respublikası Müdafiə Nazirliyi
Ailə Vəziyyəti Subay
Ailə Üzvləri

Ata: Sahib Məmmədov Əlisahib oğlu Ana: Sarıgül Dadaşova İltifat oğlu Qardaş: Elçin Məmmədov Sahib oğlu Bacı: Arzu Abbasova Sahib oğlu Bacı: Gülər Həbibova Sahib oğlu

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər