Salamları
Allah
Allah
Allah
VARLIQ ALƏMİNİN ƏN ŞƏRƏFLİSİ HƏZRƏT MUHƏMMƏD (S)
Ey Əli, üç əməl gözəl xasiyyətlərdəndir
Ata adı: Natiq
Məmmədov Pərvin Natiq oğlu 2001-ci ilin avqustun 4-də Xaçmaz rayonunda anadan olub.
O, 2019-cu ilin oktyabrın 2-də hərbi xidmətə çağrılıb.
Azərbaycan Ordusunun əsgəri olan Pərvin Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak edib.
Pərvin Məmmədov 2020-ci il 2 oktyabr tarixində Goranboy rayonu Tapqaraqoyunlu kəndi, Kəhrilər xarabalığı istiqamətində düşmən tərəfindən odlu silahla və diğər silah növlərindən atılan mərmi partlayışı nəticəsində şəhid olub.
Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə Pərvin Məmmədov ölümündən sonra " Suqovuşanın azad olunmasına görə" və ”Cəsur döyüşçü” medalları ilə təltif edilib.
Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə Pərvin Məmmədov ölümündən sonra “ Vətən uğrunda ”medalı ilə təltif edilib.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Pərvin Məmmədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Ailə üzvlərinin bildirdiyinə görə Pərvin vətən müharibəsinin ilk günündən döyüşlərə qoşulub. Qəhrəman əsgər ön cəbhədə vuruşmasına baxmayaraq, ailəsi ilə əlaqə saxlayarkən bunu bildirməyib. Pərvin, Talış kəndi və Suqovuşan uğrunda şiddətli döyüşlərin iştirakçısı olub. Müharibənin ilk günlərində ayağindan yaralansa da, döyüşə davam edib. Pərvin oktyabrın 2-də Suqovuşan istiqamətində şəhidlik zirvəsinə ucalıb.
Ata: Məmmədov Natiq Əli oğlu Ana: Məmmədova Ruxsarə Rüstəm qızı Bacı: Məmmədova Pərvanə Natiq qızı