Üsuliddin -1- Hacı Mircəfər Əyyubov
Böyük Günahlar Kiçik Addımlarla Başlayır
Tapa bilmədim
3-cü
Ailə məsələləri
Nəcis ayaqlamişam
Ata adı: Şakir
Məmmədov Pərviz Şakir oğlu 2001-ci il martın 25-də Bərdə rayonunda anadan olub. 2007-ci ildə İsrafil Şahverdiyev adına Laçın rayonu Ağanus kənd tam orta məktəbinin 1-ci sinfinə gedib. Bir qədər sonra orta təhsilini Şuşa şəhər 18 nömrəli tam orta məktəbində davam etdirib. 2018-ci ildə həmin məktəbi bitirib.
O, 2 aprel 2019-cu ildə Azərbaycan Ordusu sıralarında hərbi xidmətə yollanıb. 27 sentyabr 2020-ci ildə Vətən müharibəsi başlayan zaman könüllü olaraq döyüşlərə atılıb. 29 sentyabr 2020-ci ildə Füzuli – Cəbrayıl istiqamətində “Nüzgar postu”nda qəhrəmancasına şəhid olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə igid döyüşçü Məmmədov Pərviz Şakir oğlu “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” və “Cəsur döyüşçü" medalları ilə təltif edilib.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Məmmədov Pərviz Şakir oğlu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Anasının dediyinə görə istiqanlı, ailəcanlı, vətənpərvər bir övlad olub
Ata: Məmmədov Şakir Yusif oğlu Ana: Məmmədova Gülnar Seymur qızı Qardaş: Məmmədov Nicat Şakir oğlu