📜 Günün Müqəddəs Ayəsi (Furqan surəsi, 74-cü ayə)
📜 Günün Müqəddəs Ayəsi (. Bəqərə surəsi, 286-cı ayə)
Bilirdinizmi?
Salamları
Allah
Allah
Ata adı: Məhəmməd
Ramal Məmmədov 1 yanvar 2000-ci il tarixində Azərbaycan Respublikasının Gəncə şəhərində anadan olmuşdur. 2018-ci ildə orta məktəbi bitirərək, 2019-cu ilin oktyabr ayında müddətli hərbi xidmətə yollanmışdır. 1 il Beyləqan rayonunda yerləşən N sayl hərbi hissədə xidmət etmişdir. 27 sentyabr 2020-ci ildə İkinci Qarabağ müharibəsi başlamışdır.
Şəhid Məmmədov Ramala komandir və zabit heyyəti tərəfindən Ramalın evin tək uşağı olmağı ilə əlaqədar cəbhənin ön hissəsinə getməməyi bildirsələrdə, Ramalı razı sala bilməyiblər. Döyüşlərin ilk başladığı tarixdən, könüllü olaraq ön cəbhəyə yolla düşmüşdür. Xocavənd və Füzuli rayonu uğrunda gedən döyüşlərdə qəhrəmancasına iştrak etmiş, böyük şücayət göstərmişdir.
Və son olaraq Ramal Məmmədov 2020-ci il oktyabrın 1-də Füzuli rayonu uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Ramal Məmmədov böyük izdihamla Bakı şəhəri Qaradağ rayonunun Lökbatan qəsəbəsində şəhidlər xiyabanında dəfn olunmuşdur.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən “Füzulinin zad olunmasına görə”, “Cəsur döyüşçü” və “Vətən uğrunda” medalları ilə təltif edilmişdir.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Ramal Məmmədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Çox mərd oğlan olub. Ailəsinə və vətənə çox bağlı olub. Həmişə nizam-intizamlı olub.
Ata: Məmmədov Məhəmməd Məmməd oğlu Ana: Bayramova İlhamə İsmayıl qızı