Salamları
Allah
Allah
Allah
VARLIQ ALƏMİNİN ƏN ŞƏRƏFLİSİ HƏZRƏT MUHƏMMƏD (S)
Ey Əli, üç əməl gözəl xasiyyətlərdəndir
Ata adı: Habil
Məmmədov Ramil Habil oğlu 2004-cü il oktyabr ayının 18 -də Masallı rayonun Allahyarlı kəndində anadan olmuşdur. Ramil Məmmədov orta təhsilini Masallı rayonu şəhid Z.Nəcəfov adına Bədirli kənd tam orta məktəbində almışdır.
Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu olan Məmmədov Ramil Habil oğlu Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən 20 sentyabr 2023-cü il tarixində həyata keçirilmiş uğurlu lokal antiterror tədbirləri zamanı Ağdam rayonu Xanabad kəndi istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur.
Məmmədov Ramil Habil oğlu Masallı rayonu Allahyarlı kənd qəbiristanlığında dəfn edilmişdir.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunmasında yüksək peşəkarlıq, şücaət və mərdlik göstərmiş, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqlənmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu Məmmədov Ramil Habil oğlu Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin sərəncamına əsasən “Vətən uğrunda” medalı və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilmişdir.
Mərd, igid, cəsur
Ata: Məmmədov Habil Bəhram oğlu Ana: Məmmədova Aygün Güloğlan qızı Bacı: Məmmədova Əsmər Habil qızı Qardaş: Məmmədov Məhəmməd Habil oğlu