Tapa bilmədim
3-cü
Ailə məsələləri
Nəcis ayaqlamişam
Əxlaq
Əxlaq
Ata adı: Aydın
Məmmədli Ramin Aydın oğlu 14 noyabr 1997-ci ildə Şəki rayonu Babaratma kəndində anadan olmuşdur. 2004-cü ildə Babaratma kənd orta məktəbində təhsil almağa başlamışdır. Əmisi Habil Məmmədov, Birinci Qarabağ müharibəsi qazisidir.
Ramin Məmmədli, məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanmışdır. 2016-2017-ci illərdə Tap Qaraqoyunlu və Talışkənd ərazilərində hərbi xidmətdə olmuşdur. Hərbi xidmət illərində kəşfiyyatçı olaraq fəaliyyət göstərmişdir.
Sentyabr ayının 29-dan könüllü olaraq Vətən müharibəsinə yollanmışdır. Ramin, Goranboy-Ağdərə istiqamətində olan döyüşlərdə şücaətlə vuruşmuşdur. Döyüşlərdən birində qəlpə yarası almasına baxmayaraq, Ramin, yaralı halda neytral zonada olan digər bir silah yoldaşına yardım etmək üçün irəli qaçır. Ancaq bu anda snayper gülləsinə tuş gəlir və Suqovuşan ərazisində qəhrəmancasına Şəhidlik zirvəsinə yüksəlir.
O, 18 oktyabr 2020-ci il tarixində doğulduğu Babaratma kəndində torpağa tapşırılmışdır. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsindəki xidmətlərinə və düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi rəşadətinə görə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Ramin Məmmədov, "Vətən uğrunda", “Suqovuşanın azad olunmasına görə”, “Cəsur döyüşçü” medalları ilə təltif edilmişdir.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Ramin Məmmədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Çox mehriban, gülərüz,qayğıkeş,ürəkli, vətənpərvər,qorxmaz igid olub.
Ata: Məmmədov Aydın Baxtı oğlu Ana: Məmmədova Samirə Rövşən qızı Qardaş: Məmmədov Elmin Aydın oğlu Qardaş: Məmmədli Əli Aydın oğlu