Məmmədov Rəcəb Yolçu
Əsgər
🇦🇿 Azərbaycan Şəhidi

Məmmədov Rəcəb Yolçu

Ata adı: Yolçu

🐣
Doğum — Ağdaş Orta Ləki kəndi
🕊️
Şəhadət — Ağdam
📍
Dəfn Olunduğu Yer Ağdaş Orta Ləki kəndi
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə Əsgər
Qoşun Növü Quru Qoşunları
Xidmət Növü Həqiqi hərbi xidmət
Döyüşlərdə İştirak:
⚔️ Ağdam

Təltif Edildiyi Orden və Medallar

"Xocavəndin azad olunmasına görə" medalı

"Xocavəndin azad olunmasına görə" medalı

Xocavəndin azad olunmasına görə
Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
III dərəcəli "Vətənə xidmətə görə" ordeni

III dərəcəli "Vətənə xidmətə görə" ordeni

"Vətənə xidmətə görə" ordeni

Həyat Yolu və Şəhadət Tarixçəsi

1996-cı ildə Ağdaş rayonunun Orta Ləki kəndində anadan olan Rəcəb 2002-ci ildə doğma kəndlərində birinci sinifə getsə də, Bakı şəhəri Xətai rayonundakı 269 saylı orta məktəbdən məzun olub. Rəcəb 7-ci sinifdə oxuyanda ailəsi Bakıya köçüb və o burada orta, sonra isə ali məktəbi bitirib. 2015-ci ildə Azərbaycan Kooperasiya Universitetinə daxil olan Rəcəb 2019-cu ildə ali məktəbi bitirib, magistr təhsili almaq üçün qardaş Türkiyəyə gedib. Orada bir il oxuduqdan sonra təhsilini yarımçıq qoyan Rəcəb Bakıya qayıdır və evdə bildirir ki, Vətənə borcunu ödəmək üçün əsgərliyə getmək istəyir, magistr təhsilini sonra davam etdirmək niyyətindədir. 2020-ci ildə Ağdamda əsgəri xidmətə başlayan Rəcəbin ən böyük arzusu işğal altında olan torpaqlarımızın düşmən tapdağından azad edilməsində iştirak etmək olub. Ağdam uğrunda gedən döyüşlərdə şəhid olub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Rəcəb Məmmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Rəcəb Məmmədov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş Rəcəb Məmmədov 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə tətif edilib. 

Xatirələrdə Yaşayan Şəhid:

Sakit təbiətli, dostlarına bağlı, uşaqları çox sevirdi.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Xətai rayonu 269 saylı tam orta məktəb
Ali Təhsil Azərbaycan Kooperasiya Universiteti
Ailə Vəziyyəti Subay
Ailə Üzvləri

Ata: Məmmədov Yolçu Rəcəb oğlu Ana: Məmmədova Zinyət İsrail qızı Qardaş: Məmmədov Səfa Yolçu oğlu Bacı: Məmmədova Mədinə Yolçu qızı

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər