Məmmədov Rəşad Asif
Gizir
🇦🇿 Azərbaycan Şəhidi

Məmmədov Rəşad Asif

Ata adı: Asif

🐣
Doğum — Bakı
🕊️
Şəhadət — Şuşa
📍
Dəfn Olunduğu Yer Bakı Əhmədli qəbiristanlığı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə Gizir
Qoşun Növü Quru Qoşunları
Xidmət Növü Həqiqi hərbi xidmət
Döyüşlərdə İştirak:
⚔️ Şuşa

Təltif Edildiyi Orden və Medallar

Füzulinin azad olunmasına görə medalı

Füzulinin azad olunmasına görə medalı

Füzulinin azad olunmasına görə
Qubadlının azad olunmasına görə medalı

Qubadlının azad olunmasına görə medalı

Qubadlının azad olunmasına görə
Şuşanın azad olunmasına görə medalı

Şuşanın azad olunmasına görə medalı

Şuşanın azad olunmasına görə
Cəsur döyüşçü medalı

Cəsur döyüşçü medalı

Cəsur döyüşçü
Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
III dərəcəli "Vətənə xidmətə görə" ordeni

III dərəcəli "Vətənə xidmətə görə" ordeni

"Vətənə xidmətə görə" ordeni

Həyat Yolu və Şəhadət Tarixçəsi

Rəşad Asif oğlu Məmmədov 1987-ci il aprelin 8-də Bakı şəhərində anadan olub. 1994 - cü ildə 116 nömrəli tam orta məktəbdə təhsilə başlamışdır, 2004-cü ildən təhsilini 14 saylı Peşə Liseyində davam etdirmişdir. 2006-cı ildə həmin liseydən məzun olmuşdur. Subay idi
2006-ci ildə "N" saylı hərbi hissədə müddətli həqiqi hərbi xidmətə başlamış, 2007-ci ildə tərxis olmuşdur. Daha sonra 2011-ci ildə Silahlı Qüvvələrin Təlim və Tədris mərkəzində gizir hazırlığı kursu keçmiş, "Piyadanin Döyüş Maşını komandiri" ixtisasına yiyələnmiş və gizir hərbi rütbəsi ilə Naxçıvan Muxtar Respublikasında Döyüş Maşını komandiri vəzifəsində həqiqi hərbi xidmətə başlamışdır. Müxtəlif hərbi hissələrdə xidmət edən Məmmədov Rəşad, son olaraq "N" saylı hərbi hissədə Döyüş Maşını komandiri vəzifəsinə təyin edilmişdir. 27 sentyabrdan başlayaraq İkinci Qarabağ Müharibəsində iştirak etmiş Qubadlı , Füzuli , Şuşa uğrunda döyüşlərdə savaşmış, Qubadlı uğrunda döyüşlərdə yaralanmışdır, 6 noyabr 2020-ci ildə Şuşanın azad olunması uğrunda gedən döyüş əməliyyatlarında komandiri olduğu Döyüş maşınının şəxsi heyəti ilə birlikdə şəhid olmuş, 3 dekabr 2020-ci ildə ailəsinə təhvil verilmişdir. Əhmədli qəbristanlığında dəfn edilmişdir. 

Azərbaycan Respublikası Prezidentinin 15 dekabr 2020-ci il tarixli sərəncamı ilə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2021-ci il tarixli sərəncamı ilə ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2021-ci il tarixli sərəncamı ilə ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edilmişdir.

Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilmişdir.

Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə ölümündən sonra "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edilmişdir.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Rəşad Məmmədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə”  ordeni ilə təltif edilib.

Xatirələrdə Yaşayan Şəhid:

Ağır təbiətli, hərbiyə çox bağlı idi.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Bakı şəhəri, 14 saylı Peşə liseyi
İş Yeri Azərbaycan Respublikası Müdafiə Nazirliyi
Ailə Vəziyyəti Subay
Ailə Üzvləri

Ata: Məmmədov Asif Sadıx oğlu Ana: Məmmədova Telli Ağamalı qızı Bacı: Məmmədova Gülnar Asif qızı

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər