Məmmədov Rəvan İntiqam
Əsgər
🇦🇿 Azərbaycan Şəhidi

Məmmədov Rəvan İntiqam

Ata adı: İntiqam

🐣
Doğum — Cəlilabad
🕊️
Şəhadət — Füzuli
📍
Dəfn Olunduğu Yer Cəlilabad Novruzallı kənd qəbiristanlığı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə Əsgər
Qoşun Növü Quru Qoşunları
Xidmət Növü Könüllü
Döyüşlərdə İştirak:
⚔️ Füzuli

Təltif Edildiyi Orden və Medallar

Füzulinin azad olunmasına görə medalı

Füzulinin azad olunmasına görə medalı

Füzulinin azad olunmasına görə
Cəsur döyüşçü medalı

Cəsur döyüşçü medalı

Cəsur döyüşçü
Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
III dərəcəli "Vətənə xidmətə görə" ordeni

III dərəcəli "Vətənə xidmətə görə" ordeni

"Vətənə xidmətə görə" ordeni

Həyat Yolu və Şəhadət Tarixçəsi

Rəvan İntiqam oğlu Məmmədov 1998-ci il fevralın 17-də Cəlilabad rayonunun Novruzallı kəndində anadan olub.

Vətən müharibəsinin ilk günlərindən döyüşlərə qatılıb. Bir sıra uğurlu əməliyyatlarda yaxından iştirak edib. Eyni zamanda şəxsi şücaətlər göstərərək hərbçi yoldaşları ilə birlikdə düşmənə sarsıdıcı zərbələr endirib, onun canlı qüvvəsini məhv edib. Füzuli istiqamətində gedən hərbi əməliyyat Rəvanın son döyüşü olub. Rəvan Məmmədov oktyabrın 10- da Füzuli rayonu istiqamətində gedən döyüşlərdə düşmən tərəfindən atılan artilleriya atəşi nəticəsində şəhid olmuşdur.

Rəvan Məmmədov Novruzallı kənd qəbiristanlığında torpağa tapşırılıb.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Rəvan Məmmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Rəvan Məmmədov ölümündən sonra " Cəsur döyüşçü " medalı ilə təltif edildi.

Azərbaycan Prezidenti İlham Əliyevin  Sərəncamına əsasən Rəvan Məmmədov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Rəvan Məmmədov  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə”  ordeni ilə təltif edilib.

Xatirələrdə Yaşayan Şəhid:

Cəsur, mərd, ailəcanlı, dostcanlı, vətənpəvər, igid oğlan olub.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Novruzallı kənd tam orta məktəb
Ailə Vəziyyəti Subay
Ailə Üzvləri

Ata: Məmmədov İntiqam Şahmirzə oğlu Ana: Əliyeva Samirə Zərqulu qızı Qardaş: Məmmədov Rəsul İntiqam oğlu Qardaş: Məmmədov Abbas İntiqam oğlu Bacı: Məmmədova Rəvanə İntiqam qızı Bacı: Əliyeva İlkanə İntiqam qızı

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər