Üsuliddin -1- Hacı Mircəfər Əyyubov
Böyük Günahlar Kiçik Addımlarla Başlayır
Tapa bilmədim
3-cü
Ailə məsələləri
Nəcis ayaqlamişam
Ata adı: Qurban
Məmmədov Rövlan Qurban oğlu 2001-ci il mayın 24-də anadan olub.
Azərbaycan Ordusunun əsgəri olan Rövlan Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Kəlbəcər, Cəbrayıl, Füzuli rayonlarının işğaldan azad olunmasında fəal iştirak edib. Rəşadətlə döyüşüb.
2020-ci il oktyabrın 15-də Füzulini azad edəndən sonra Rövlan və döyüşçü yoldaşları Cəbrayıl istiqamətinə keçib. “Vışka” deyilən yerdə açıq döyüşdə yanında minaatan mərmisinin partlaması nəticəsində şəhid olub”.
Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Rövlan Məmmədov ölümündən sonra “Cəsur döyüşçü” , “Vətən uğrunda”, “Kəlbəcərin azad edilməsinə görə” medalı, “Füzulinin azad edilməsinə görə” medalları və ”Azərbaycan bayrağı" ordeni ilə təltif edilib.
Xətai rayonu, NZS qəsəbəsi Mingəçevir küçəsinə Rövlan Məmmədovun adı verilib.
Uşaqlıqdan Vətəninə cox bağlıydı. Özündən yaşlı insanlarla ünsiyyət qurmağı sevirdi.
Ata: Hüseynov Qurban Şöhlət oğlu Ana: Məmmədova Solmaz Vətən qızı Qardaş: Məmmədov Şöhlət Qurban oğlu