Salamları
Allah
Allah
Allah
VARLIQ ALƏMİNİN ƏN ŞƏRƏFLİSİ HƏZRƏT MUHƏMMƏD (S)
Ey Əli, üç əməl gözəl xasiyyətlərdəndir
Ata adı: Müşfiq
Rövşən Məmmədov 29 oktyabr 1995-ci ildə Mingəçevir şəhərində anadan olmuşdur. 2002-2008-ci illərdə Rusiyanin Volqoqrad şəhəri 37 saylı orta məktəbdə, 2008-2013-cü illərdə isə Sumqayıt şəhərinin 4 saylı orta məktəbində təhsil almışdır. 2013-cü ildə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə qəbul olaraq Geofizika mühəndisliyi ixtisası üzrə məzun olmuşdur.
2017-2018-ci illərdə Azərbaycan Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə qulluq etmişdir. 2018-ci ildə “STDC” MMC-də Quraşdırıcı vəzifəsinə işə qəbul olmuşdur.
2020-ci ilin oktyabrında Azərbaycan ordusunun işğal olunmuş torpaqlarının geri alınması zamanı gedən döyüşlərdə Suqovuşanda qəhrəmancasına şəhid olmuşdur.Şəki rayonu Böyük dəhnə kəndində dəfn edilmişdir.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Rövşən Məmmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Rövşən Məmmədov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Rövşən Məmmədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Şən, zəhmətkeş, vətənpərvər insan idi.
Ata: Məmmədov Müşviq Əli oğlu Ana: Məmmədova Mənzərə Siyasi qızı Qardaş: Məmmədov İlkin Müsviq oğlu