Salamları
Allah
Allah
Allah
VARLIQ ALƏMİNİN ƏN ŞƏRƏFLİSİ HƏZRƏT MUHƏMMƏD (S)
Ey Əli, üç əməl gözəl xasiyyətlərdəndir
Ata adı: Müsəllim
Rüstəm Məmmədov 2001-ci il oktyabrın 3-də Şəmkir rayonunun Təzəkənd kəndində anadan olub. 2008–2019-cu illərdə S. Vurğun adına Təzəkənd kənd tam orta məktəbində təhsil alıb. Subay idi.
Rüstəm Məmmədov 2019-cu ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub.
Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Rüstəm Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzuli və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Rüstəm Məmmədov noyabrın 3-də Xocavənd rayonu ərazisində gedən döyüşlər zamanı mühasirədə qalıb. Əsir düşməmək üçün döyüş yoldaşları ilə birlikdə özlərini və onlara hücum edən Ermənistan Ordusunun hərbçilərini partladaraq şəhid olub. Şəmkir rayonunun Təzəkənd kəndində dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Rüstəm Məmmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Rüstəm Məmmədov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Rüstəm Məmmədov ölümündən sonra "III dərəcəli Vətənə Xidmətə görə" medalı ilə təltif edildi.
Mərd, təvazökar, mülayim,yardımsevər, dostcanlı, ailəcanlı, səmimi, mehriban, qohumcanlı, vətənpərvər, igid, qorxmaz, gülərüz insan olub.
Ata: Məmmədov Müsəllim Hüseyn oğlu Ana: Məmmədov Kamilə Feyzulla oğlu Qardaş: Məmmədov Zöhrab Müsəllim oğlu Bacı: Məmmədova Xanım Müsəllim qızı Bacı: Cəfərova GövhərMüsəllim qızı