Məmmədov Rza Əskər
Əsgər
🇦🇿 Azərbaycan Şəhidi

Məmmədov Rza Əskər

Ata adı: Əskər

🐣
Doğum — Şamaxı Göylər kəndi
🕊️
Şəhadət — Füzuli
📍
Dəfn Olunduğu Yer Şamaxı Göylər kənd qəbiristanlığı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə Əsgər
Qoşun Növü Quru Qoşunları
Xidmət Növü Həqiqi hərbi xidmət
Döyüşlərdə İştirak:
⚔️ Füzuli

Təltif Edildiyi Orden və Medallar

Füzulinin azad olunmasına görə medalı

Füzulinin azad olunmasına görə medalı

Füzulinin azad olunmasına görə
Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
Hərbi xidmətlərə görə medalı

Hərbi xidmətlərə görə medalı

Hərbi xidmətlərə görə
III dərəcəli "Vətənə xidmətə görə" ordeni

III dərəcəli "Vətənə xidmətə görə" ordeni

"Vətənə xidmətə görə" ordeni

Həyat Yolu və Şəhadət Tarixçəsi

Rza Məmmədov 2001-ci il noyabrın 23-də Şamaxı rayonunun Göylər kəndində anadan olub.

2007-2018-ci illərdə 2 saylı Göylər kənd tam orta məktəbində təhsil alıb. Bu müddət ərzində Şamaxı rayon İncəsənət Təhsili Mərkəzində də səs üzrə (xanəndə) təhsil alıb.
Rza Məmmədov 2020-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb.

Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Rza Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. O, döyüşlərdə hərbi həkim kimi fəaliyyət göstərirdi. Rza Məmmədov sentyabrın 27-də Füzuli döyüşləri zamanı şəhid olub. Şamaxı rayonunun Göylər kəndində torpağa tapşırılıb.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Rza Məmmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Rza Məmmədov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını və xidməti vəzifələrini yerinə yetirərkən fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 30.12.2020-ci il tarixli Sərəncamına əsasən Rza Məmmədov ölümündən sonra "Hərbi xidmətlərə görə" medalı ilə təltif edildi.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Rza Məmmədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə”  ordeni ilə təltif edilib.

Xatirələrdə Yaşayan Şəhid:

Çox səxavətli, ailəcanlı, zəhmətkeş və ailənin bütün öhdəçiliyini üzərinə götürən bir gənc olmuşdur. Musiqiçi olmaq istəyirdi.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Göylər kəndi F. Kərimov adına 2 saylı tam orta məktəb
Ailə Vəziyyəti Subay
Ailə Üzvləri

Ata: Məmmədov Əsgər Həsən oğlu Ana: Məmmədova Lamiyə Şaban qızı Bacı: Məmmədova Suma Əsgər qızı Bacı: Məmmədova Fidan Əsgər qızı

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər