Məmmədov Sadiq Mübariz
MAHHXHQ əsgər
🇦🇿 Azərbaycan Şəhidi

Məmmədov Sadiq Mübariz

Ata adı: Mübariz

🐣
Doğum — Siyəzən
🕊️
Şəhadət — Kəlbəcər Murovdağ yüksəkliyi
📍
Dəfn Olunduğu Yer Siyəzən Şəhər qəbiristanlığı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə MAHHXHQ əsgər
Qoşun Növü Quru Qoşunları
Xidmət Növü Həqiqi hərbi xidmət
Döyüşlərdə İştirak:
⚔️ Kəlbəcər

Təltif Edildiyi Orden və Medallar

Kəlbəcərin azad olunmasına görə medalı

Kəlbəcərin azad olunmasına görə medalı

Kəlbəcərin azad olunmasına görə
Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
Hərbi xidmətlərə görə medalı

Hərbi xidmətlərə görə medalı

Hərbi xidmətlərə görə
III dərəcəli "Vətənə xidmətə görə" ordeni

III dərəcəli "Vətənə xidmətə görə" ordeni

"Vətənə xidmətə görə" ordeni

Həyat Yolu və Şəhadət Tarixçəsi

15 avqust 1991-ci ildə Siyəzən şəhərində anadan olub. 1998-ci ildə Siyəzən şəhər 2 saylı tam orta məktəbin birinci sinfinə daxil olub. 2009-cu ildə həmin məktəbin 11-ci sinfini bitirib. Həmin ilin oktyabr ayında hərbi xidmətə yola düşüb. 2013-cü ildə ailə həyatı qurub. 2 qız övladı var. 2016-cı ildə hərbi silah anbarında mühafizəçi, 2012-ci ildə "SOCAR YDM"-da operator işləyib. 2018-ci ildə "Erko" şirkətində baş usta vəzifəsində çalışmışdır. 2020-ci ildə iyulun 18-də müddətdən artıq hərbi xidmətə gedib. 4 oktyabr 2020-ci ildə şəhid olub. Siyəzən şəhər ümumi qəbiristanlığında dəfn olunub.


Azərbaycan Ordusunun çavuşu olan Sadiq Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Kəlbəcər rayonunun və  • Murovdağın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Döyüş zamanı düşmənin 4 mövqeyini, rabitə maşınını, rabitə qülləsini məhv edib. Top komandiri vəzifəsini icra etmişdir. Müharibə zamanı igidlik göstərərək xeyli sayda əsgərin həyatını xilas etmiş, düşmənin canlı qüvvəsini məhv etmişdir. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Məmmədov Sadiq Mübariz oğlu ölümündən sonra "Vətən uğrunda" medalı və Hərbi xidmətlərə görə medalı  (30.12.2020) — "Hərbi xidmətlərə görə" medalı , "Kəlbəcərin azad olunmasına görə" medalı (29 dekabr 2020) — "Kəlbəcərin azad olunmasına görə" medalı təltif olunub.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Məmmədov Sadiq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə”  ordeni ilə təltif edilib.

Xatirələrdə Yaşayan Şəhid:

Sadiq Məmmədov sakit təbiətli, mehriban, səmimi insan idi. Məktəbdə müəllimləri tərəfindən sevilən, fərqlənən şagirdlərdən biri idi. Ailəsi bildirir ki, şəhidimiz mərhəmətli və əliaçıq insan olub, hər zaman ətrafındakı insanlara yardım əli uzatmışdır. Vaxtının çoxunu ailəsi və dostları ilə keçirirdi. Şəhidimizin 2 azyaşlı qız övladı var. Sadiq uşaqları ilə zaman keçirməyi çox sevirdi. Hərbiçi yoldaşları bildirir ki, şəhidimiz hər zaman öz əsgərlərinin qayğısına qalmış, döyüşlər zamanı da onları təhlükəli vəziyyətlərdən qorumağa çalışmışdır.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Siyəzən şəhər, M. Müşviq adına 2 saylı orta məktəb
İş Yeri Azərbaycan Respublikası Müdafiə Nazirliyi
Ailə Vəziyyəti Evli
Ailə Üzvləri

Ata: Məmmədov Mübariz Balagül oğlu Ana: Məmmədova Bahar Bayraməli qızı Qardaş : Məmmədov Kamran Mübariz oğlu Həyat yoldaşı: Məmmədova Mapəri Rafiq qızı Qızı: Məmmədli Əsnad Sadiq qızı Qızı: Məmmədli Bahar Sadiq qızı

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər