Üsuliddin -1- Hacı Mircəfər Əyyubov
Böyük Günahlar Kiçik Addımlarla Başlayır
Tapa bilmədim
3-cü
Ailə məsələləri
Nəcis ayaqlamişam
Ata adı: Yaşar
Sahib Məmmədov 1989-cu il noyabrın 13-də Culfa rayonunun Yaycı kəndində anadan olub. Ailəli idi. Ayla, Məryəm və Rübabə adında üç qızı yadigar qaldı.
Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının baş çavuşu olan Sahib Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Sahib Məmmədov oktyabrın 19-da Füzuli döyüşləri zamanı şəhid olub. Culfa rayonunda dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Sahib Məmmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Sahib Məmmədov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Sahib Məmmədov ölümündən sonra "III dərəcəli Qüsursuz xidmətə görə" medalı ilə təltif edildi.
Ölümündən sonra Sahib Məmmədovun həyatına həsr olunan "Vətən Sahibi" adlı xatirə kitabı yazılmış və çap olunmuşdur. Kitabda həyatı, döyüş yolu haqqında ətraflı məlumat verilmişdir.
Mərd, vətənpərvər insan idi.
Ata: Məmmədov Yaşar Ana: Məmmədova Çiçək Həyat yoldaşı: Məmmədova Gülnar Qızı: Məmmədova Rübabə Qızı: Məmmədova Məryəm Qızı: Məmmədova Ayla