Tapa bilmədim
3-cü
Ailə məsələləri
Nəcis ayaqlamişam
Əxlaq
Əxlaq
Ata adı: Rasim
Sahil Məmmədov 07.06.1995 Naxçıvan Muxtar Respublikası Naxçıvan şəhər Qaraçuq qəsəbəsində anadan olub. 2001-2005-ci illərdə Qaraçuq kənd orta məktəbində, 2005-2009-ci illərdə isə H.Əliyev adına tam orta məktəbdə təhsil alıb. 2009-2012-cı illərdə H.Əliyev adına Hərbi liseyə daxil olub. 2012-ci ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olub. 2016-cı ildə həmin məktəbin "motoatıcı" ixtisası üzrə bitirib. 2016-cı il iyul 4 də Müdafiə nazirinin müvafiq əmrinə əsasən xidmətini davam etdirmək üçün N saylı hərbi birləşmənin snayper bölüyündə bölük komandirinin müavini, 2019-cu ilin mart ayında N saylı hərbi hissədə Həmlə taborunda taqım komandiri vəzifəsində xidmət edib. Ailəlidir. Bir qız övladı var.
Tovuz döyüşlərində və II Qarabağ müharibəsində iştirak edib. Murov dağın alınmasında şücaət göstərmişdir. 28.09.2020-cu il tarixində Murovdağ Kəlbəcər istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. 07.12.2020 dəfn olunub.
Döyüş hazırlığındakı nailiyyətləri və xidmətdə fərqləndiyinə görə bir çox fəxri fərmanlarla təltif olunub. Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi yubileyi və Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyi medalı, ölümündən sonra "Vətən uğrunda", “Kəlbəcərin azad olunması uğrunda” medalları və “İgidliyə görə” ordeni ilə təltif edilib.
Vətənəpərvər, mərd, ailəsinə bağlı insan idi.
Ata: Məmmədov Rasim Ana: Məmmədova Sahilə Həyat yoldaşı: Məmmədova Turanə Qızı: Məmmədova Şəms