Məmmədov Şahmar Ağasəf
MAHHXHQ əsgər
🇦🇿 Azərbaycan Şəhidi

Məmmədov Şahmar Ağasəf

Ata adı: Ağasəf

🐣
Doğum — Qəbələ Vəndam kəndi
🕊️
Şəhadət — Tərtər Suqovuşan
📍
Dəfn Olunduğu Yer Mingəçevir Şəhidlər Xiyabanı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə MAHHXHQ əsgər
Qoşun Növü Quru Qoşunları
Xidmət Növü Həqiqi hərbi xidmət
Döyüşlərdə İştirak:
⚔️ Tərtər

Təltif Edildiyi Orden və Medallar

Suqovuşanın azad olunmasına görə medalı

Suqovuşanın azad olunmasına görə medalı

Suqovuşanın azad olunmasına görə
Cəsur döyüşçü medalı

Cəsur döyüşçü medalı

Cəsur döyüşçü
Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
III dərəcəli "Vətənə xidmətə görə" ordeni

III dərəcəli "Vətənə xidmətə görə" ordeni

"Vətənə xidmətə görə" ordeni

Həyat Yolu və Şəhadət Tarixçəsi

Şəhid Məmmədov Şahmar Ağasəf oğlu 1977 ci il iyul ayının 12-i Mingəçevir şəhərində anadan olmuşdur. 1983 ci ildə Mingəçevir şəhəri Dilqəm Nağıyev adına 9 nömrəli (saylı) orta məktəbə getməyə başlamış, 1991-ci ilədək həmin məktəbdə təhsil alıb.

1993-1995 ci illər 39 saylı Peşə Məktəbində təhsil almışdır.1995 ci il iyul ayında həqiqi hərbi xidmətə getmişdir. 2014 ci il iyul ayında N saylı hərbi hissədə MAHHXHQ kursuna daxil olmuş, 2014 ci ilin sentyabrında həmin kursu bitirib, N saylı hərbi hissədə tuşlayıcı operator vəzifəsində xidmət etməyə başlamışdır. 2016 ci il Aprel Döyüşlərində iştirak etmiş, medalla təltif olunmuşdur. Məmmədov Şahmar 2020 ci il 27 sentyabrda başlanan İkinci Qarabağ müharibəsində iştirak etmiş və müharibədə şəhid olmuş ilk şəhidlərdən biridir. 27 sentyabr 2020-ci il tarixindən başlayan döyüş əməliyyatlarında Gülüstan istiqamətində PDM-2 zirehli texnikası ilə düşmənin 1 minaatan heyətini və 3 atəş mövqeyini dəqiq atəşlə məhv edib və qəhrəmancasına şəhid olub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Şahmar Məmmədov ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edildi.

Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Şahmar Məmmədov ölümündən sonra “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edildi.

Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Şahmar Məmmədov ölümündən sonra “Cəsur döyüşçü” medalı ilə təltif edildi.

Xatirələrdə Yaşayan Şəhid:

Ailəcanlı, dürüst, mərd bir insan idi.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Mingəçevir şəhər 9 saylı orta məktəb
İş Yeri Azərbaycan Respublikası Müdafiə Nazirliyi
Ailə Vəziyyəti Evli
Ailə Üzvləri

Həyat yoldaşı: Məmmədova Aliyə Ətraf qızı Qızı: Məmmədzadə Tamella Şahmar qızı

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər