Məmmədov Şaiq Şükür
Əsgər
🇦🇿 Azərbaycan Şəhidi

Məmmədov Şaiq Şükür

Ata adı: Şükür

🐣
Doğum — Gəncə
🕊️
Şəhadət — Laçın
📍
Dəfn Olunduğu Yer Gəncə Şəhidlər Xiyabanı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə Əsgər
Qoşun Növü Quru Qoşunları
Xidmət Növü Həqiqi hərbi xidmət
Döyüşlərdə İştirak:
⚔️ Ağdam ⚔️ Füzuli ⚔️ Qubadlı

Təltif Edildiyi Orden və Medallar

Şuşanın azad olunmasına görə medalı

Şuşanın azad olunmasına görə medalı

Şuşanın azad olunmasına görə
Cəsur döyüşçü medalı

Cəsur döyüşçü medalı

Cəsur döyüşçü
Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
III dərəcəli "Vətənə xidmətə görə" ordeni

III dərəcəli "Vətənə xidmətə görə" ordeni

"Vətənə xidmətə görə" ordeni

Həyat Yolu və Şəhadət Tarixçəsi

Məmmədov Şaiq Şükür oğlu 26 dekabr 1999-cu ildə Gəncə şəhərində doğulmuşdur.  2013-cü ildə  Gəncə şəhəri Ş.İ.Xətai adına 20 nömrəli tam orta məktəbin 9-cu sinfini  bitirmişdir.  2012-2015-ci illərdə  təhsilini 3 nömrəli Peşə liseyində (indiki Ticarət və Xidmət üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzi)  davam etdirmişdir. 2018-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə Şəhər Kəpəz Rayon Şöbəsindən həqiqi hərbi xidmətə çağrılmış, Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində xidmət etmişdir.  

27 sentyabr 2020-ci il tarixdə Vətən Müharibəsinin başlaması ilə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevin ölkədə qismən səfərbərlik elan edilməsi haqqında 28 sentyabr 2020-ci il tarxli Sərəncamına uyğun olaraq Şaiq Məmmədov yenidən hərbi xidmətə çağrılmışdır. O, Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi və işğal altında olan rayonlarımızın azadlığı uğrunda vuruşmuş, Ağdam, Füzuli və Qubadlı rayonları uğrunda gedən döyüşlərdə iştirak etmişdir. 9 noyabr 2020-ci ildə Xankəndi şəhəri istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalmışdır. 13 noyabr 2020-ci ildə Gəncə şəhərinin Şəhidlər xiyabanında dəfn olunmuşdur.
Məmmədov Şaiq Şükür oğlu  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Vətən uğrunda” (ölümündən sonra), Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 18 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Cəsur döyüşçü” (ölümündən sonra) və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 29 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Şuşanın azad olunmasına görə” (ölümündən sonra) medalları ilə təltif olunmuşdur. Subay idi.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə Şaiq Məmmədov ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilmişdir.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Şaiq Məmmədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə”  ordeni ilə təltif edilib.

Xatirələrdə Yaşayan Şəhid:

Mehriban, sakit insan olub

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Gəncə şəhər 20 saylı tam orta məktəb
İş Yeri Sürücü
Ailə Vəziyyəti Subay
Ailə Üzvləri

Ata: Məmmədov Şükür Oktyabr oğlu Ana: Məmmədova Sevinc Sudev qızı

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər