Salamları
Allah
Allah
Allah
VARLIQ ALƏMİNİN ƏN ŞƏRƏFLİSİ HƏZRƏT MUHƏMMƏD (S)
Ey Əli, üç əməl gözəl xasiyyətlərdəndir
Ata adı: Aqil
Məmmədov Samir Aqil oğlu 2000-ci il may ayının 20-də Naftalan şəhərində anadan olmuşdur. Samir Məmmədov orta təhsilini Xocalı şəhər 5 saylı orta məktəbində almışdır.
Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu Samir Məmmədov 44 günlük Vətən Müharibəsində iştirak etmiş və “Vətən müharibəsi iştirakçısı”, medalı ilə təltif edilmişdir.
Samir Məmmədov Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən 19 sentyabr 2023-cü il tarixində həyata keçirilmiş uğurlu lokal antiterror tədbirləri zamanı Ağdərə istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunmasında yüksək peşəkarlıq, şücaət və mərdlik göstərmiş, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqlənmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu Samir Məmmədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına əsasən "Vətən uğrunda” medalı və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilmişdir.
Mərd, vətənpərəvər, cəsur insan idi.
Ata: Məmmədov Aqil Xasay oğlu Ana: Məmmədova Reyhan Qərib qızı Bacı: Məmmədova Saray Aqil qızı Bacı: Məmmədova Nuray Aqil qızı