Salamları
Allah
Allah
Allah
VARLIQ ALƏMİNİN ƏN ŞƏRƏFLİSİ HƏZRƏT MUHƏMMƏD (S)
Ey Əli, üç əməl gözəl xasiyyətlərdəndir
Ata adı: Məmməd
Məmmədov Samir Məmməd oğlu 1988-ci il iyun ayının 15-də Füzuli rayonu Qoçəhmədli kəndində anadan olmuşdur. Samir Məmmədov orta təhsilini Füzuli rayonu, Fin qəsəbəsi 59 saylı tam orta məktəbdə almışdır.
Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu Samir Məmmədov 44 günlük Vətən Müharibəsində iştirak etmiş və “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Cəsur döyüşçü”, “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilmişdir.
Samir Məmmədov Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən 19 sentyabr 2023-cü il tarixində həyata keçirilmiş uğurlu lokal antiterror tədbirləri zamanı Xocalı istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunmasında yüksək peşəkarlıq, şücaət və mərdlik göstərmiş, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqlənmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu Samir Məmmədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına əsasən "Vətən uğrunda” medalı və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilmişdir.
Mərd, cəsarətli, vətənpərvər hərbiçi idi.
Ata: Məmmədov Məmməd Vilayət oğlu Ana: Məmmədova Ağgül Məcid qızı Qardaş: Məmmədov Amil Məmməd oğlu Qardaş: Məmmədov Ramil Məmməd oğlu Bacı: Məmmədli Sevinc Məmməd qızı